Xəbər lenti
Abdullahyan Türkiyədə Cənubi Qafqazda baş verənləri müzakirə edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan türkiyəli həmkarı ilə görüşmək üçün çərşənbə axşamı səhər Ankaraya işgüzar səfərə gedib.
Manevr.az xəbər verir ki, Əmir Abdullahyan Ankaraya uçmazdan əvvəl jurnalistlərə Moskvaya səfərinin sonrakı tarixə təxirə salındığını bildirib.
"Biz ikitərəfli əlaqələri müzakirə edəcəyik və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisini Ankanaya səfərə dəvət edib və biz bu səfəri hazırlayırıq", - İranın xarici işlər naziri bildirib.
Livan və Qərbi Asiyada baş verən hadisələrə işarə edən Əmir Abdullahiyan deyib: Biz iki gün əvvəl Suriya prezidenti Bəşər Əsəd və Livan rəsmiləri ilə danışıqlar apardıq.
Onun sözlərinə görə, türkiyəli həmkarları ilə görüşdə Cənubi Qafqazdakı hadisələr və regional məsələlər də müzakirə olunacaq.
İran xarici işlər nazirinin Türkiyəyə səfəri regional danışıqların davamı çərçivəsində və keçən həftə Livan və Suriyaya səfərindən sonra baş tutub.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar