Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu halda Ərdoğan Nobel mükafatı alacaq

Tarix: 17-01-2023 10:41     Baxış: 3200 A- / A+




Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra İsveç və Finlandiyanın NATO-ya daxil olması qaçılmaz görünürdü. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyinə görə bu məsələ hələ də reallaşmır. Türkiyə prezidenti skandinaviyalıların NATO-ya üzv olmasına nə vaxt icazə verəcək və ümumiyyətlə bu baş verəcəkmi? İsveç və Finlandiya Avropada hələ Şimali Atlantika Alyansının üzvü olmayan azsaylı ölkələr sırasındadır. Onların Rusiya ilə münasibətləri həmişə təmkinli olub. Lakin ötən ilin fevralın 24-dən sonra skandinaviyalılar Amerika hərbi “çətiri” altında dayanmaq istədilər. Qonşularının bu davranışı Rusiyanın xoşuna gəlmirdi, lakin Vladimir Putin bunda qlobal təhlükə görmədiyini bildirib. Türkiyə isə hələ də fin və isveçlilərin üzvlüklə bağlı istəklərinə razılığını vermir. Ankara sözügedən ölkələrin NATO-ya qoşulmasından əvvəl şərq vilayətlərinin Türkiyədən ayrılmasını istəyən Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin ekstradisiyasını tələb edir.
Manevr.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.
“2022-ci ilin iyununda tərəflər, deyəsən, razılığa gəliblər. Həm Finlandiya, həm də İsveç Türkiyənin terror təhlükəsi ilə bağlı narahatlığını ciddiyə almağa söz veriblər, lakin Skandinaviyada PKK və YPG döyüşçülərinin təhvil verilməsi tələbi hələ də soyuqqanlı olaraq qalır. Ərdoğan NATO-ya üzvlük ərizəsinin təsdiqlənməsi müqabilində İsveçdən vəd etdiyi 130 döyüşçünün ekstradisiyasını tələb edib. Türkiyə lideri Stokholmu PKK nümayişlərini qadağan etməməkdə ittiham edib. Orada təkcə aksiyalar keçirilmir, bu aksiyalar həm də təxribat xarakteri daşıyır. Bu aksiyaların birində PKK tərəfdarları Türkiyə liderini simvolizə edən, başıaşağı asılmış müqəvva qaldırıblar (İtaliyada asılmış diktator Mussolini ilə bənzətmə - red). “Tərəfdaşların” bu cür davranışından sonra Türkiyə İsveç parlamenti sədrinin səfərini ləğv etdi və Stokholm isə birmənalı olaraq NATO-dan uzaq düşdü. Amma bu ölkələr NATO-ya üzv ola bilər. Necə? Əgər ABŞ və NATO Ukrayna ilə bağlı mövqeyini yumşaltsa və Zelenskini Putinlə sülh danışıqlarına getməyə inandırsa, Ərdoğan İsveç və Finlandiyanı Alyansa qəbul etməyə icazə verə bilər. Ərdoğan bunu niyə edir? Çünki o, bununla Ukraynada döyüşləri dayandıracaq. Bu o deməkdir ki, o, sülhməramlı prezident kimi nəinki seçkidə qalib gələcək, həm də Nobel Sülh Mükafatını təmin edə biləcək”, - məlumatda deyilir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar