Xəbər lenti
Rüstəmyan: "İlk dəfə "Stepanakertlə" İrəvan arasında ciddi parçalanma yarandı - Video

Müstəqillik əldə etdikdən sonra ilk dəfə "Stepanakertlə" İrəvan arasında ciddi parçalanma yarandı, bizim belə “lüks”ü gözə almağa haqqımız yoxdur.
Manevr.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərə müsahibəsində “Ermənistan” blokunun deputatı Armen Rüstəmyan deyib.
Onun sözlərinə görə, Ermənistan öz mövqeyini kökündən dəyişməlidir, çünki İrəvanın bütün rəsmi bəyanatları “Azərbaycanın xeyrinədir”.
“Nikol Paşinyan (Ermənistanın baş naziri - red.) təslim olmağa hazır olduğunu bəyan edir, lakin daha nə qədər təslim olacağını bilmir. Əliyev (Azərbaycan prezidenti – red.) deyir ki, o, artıq Qarabağ məsələsini həll edib, “Qərbi Azərbaycan” problemini qaldırıb. “Qərbi Azərbaycan” nədir? İlk növbədə, Syunik. Biz buna nə cavab verəcəyik?”, - deyə Rüstəmyan əlavə edib.
Deputat əmin olduğunu bildirib ki, İrəvan Ermənistanın mövqeyini kökündən dəyişməsə, bu, Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə kömək edəcək.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar