Xəbər lenti
Putinin təhlükəli tezisi – Ukraynanı xarabalığa çevirən qorxunc ideya
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsindəki son gəlişmələrə diqqət çəkib:
“Rusiya Prezidenti Vladimir Putin və ətrafı “rus dünyasının müdafiəsi”ndən çox danışırlar, elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər. Putin deyir ki, guya Ukraynadakı rusları Kiyevdəki “faşist rejim”indən qurtarmaq üçün müharibəyə başlayıb. Bu bəhanədir. “Rus dünyası”nı düşünən biri Ukraynanın şəhərlərini bombalamaz, mülki insanları qətlə yetirməz. Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar törədib. Kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətcə rus olmayıb?
Rusiya dünən axşam Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub, böyük bir bina dağılıb, dağıntılardan onlarla cəsəd çıxarılıb. Kim zəmanət verə bilər ki, dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur? Digər yandan, Kreml sahibi müharibədə gəncləri ölümə göndərir, say 100 mini keçib.
“Rusiyanın müxalifət liderlərindən Qriroqi Yavlinski son müsahibəsində doğru deyib, Rusiyanın Ukraynaya qarşı işğalçı savaşı SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir. Almaniya SSRİ-yə hücum etmişdi, Sovet İttifaqı işğalçılara qarşı savaşırdı, indi isə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukrayna. İşğalçılar gec-tez məğlub olurlar”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar