Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“İranın hərbi müdaxiləsi baş versə, Qərb Ermənistanı deyil, Azərbaycanı dəstəkləyəcək” - Xaçikyan

Tarix: 14-01-2023 12:42     Baxış: 3224 A- / A+


facebook sharing button
“İranın hərbi müdaxiləsi baş versə, Qərb Ermənistanı deyil, Azərbaycanı dəstəkləyəcək”.
Manevr.az  konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni Politoloq Artur Xaçikyan deyib. O bildirib ki, İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcəyi ilə bağlı xəbərdarlıq etsə də, Qərbdən belə açıqlama gəlməyib:

“Bundan başqa, İranın Qafanda Baş Konsulluğunun açılışından sonra ABŞ rəsmi Tehrana Qafqazda vəziyyəti pozmağa imkan verməyəcəyini bəyan edib. İran hərbi addım atmayacaq, çünki ABŞ, İngiltərə və İsrail dərhal müdaxilə edərək Türkiyə və Azərbaycanı dəstəkləyəcək”, – deyə Xaçikyan vurğulayıb.
“Bakının xeyrinə açıq-aydın dəstək bəyanatı var. Amma Ermənistana qarşı eyni dəstək ifadə olunmayıb. Niyə Qərb “Artsax”da təmizləməyə imkan verməyəcəyini bəyan etmir? Onlar bunu Balkanlarda ediblər”, – Xaçikyan bildirib.
Erməni politoloq Qərbin iki il əvvəl olduğu kimi indi də heç nə etmədiyini, Türkiyə və Azərbaycana real təzyiq göstərmədiyini diqqətə çatdırıb.
QEYD: Artıq Ermənistanda həm siyasi elitada və hökumətdə təmsil olunanlar, həm də sadə ermənilər dünya dövlətlərinin, xüsusilə də ABŞ və Qərbin Azərbaycan və Türkiyə ilə heç bir münaqişəyə getməyəcəyini, rəsmi Bakıya təzyiqlərin olunmayacağını yaxşı dərk edirlər. Bu səbəbdən də Azərbaycanla təhdid dili ilə danışmağın mümkünsüzlüyü barədə xəbərdarlıq edirlər. Parçalanmaq üzrə olan İran isə artıq Ermənistanda güclü və ciddi dəstəkçi kimi qəbul olunmur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar