Xəbər lenti
Stokholmda Ərdoğanın heykəli “asıldı”, Türkiyə xəbərdarlıq etdi
İsveçin paytaxtı Stokholmda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəli başı aşağı “asılıb”. Aksiyanın təşkilatçısı Ərdoğanı diktator adlandıran və onu istefaya çağıran “Rojava Komitəsi” kürd təşkilatı olub.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb. Məlumatda bildirilir ki, “tamaşa”nın foto və videolarını "Rojava Komitəsi" özü Tvitter -də dərc edib.“Tarix diktatorların nə qədər tez sonunun çatdığını göstərir. Ərdoğan, buna görə də hər kəsin xatirinə, fürsətdən istifadə edib istefa ver ki, Taksim meydanında başı üstə qalmayasan”,- deyə “Rojava Komitəsi” Tvitter hesabında yazıb.
Bildirilir ki, buna cavab olaraq, Türkiyə İsveç səfirini çağırıb. "Reuters" agentliyi türk diplomatik dairələrindəki mənbəyə istinadən İsveçin Türkiyədəki səfiri Stefan Herrstromun Xarici İşlər Nazirliyinə çağırılaraq, notanı Ankaraya təqdim etdiyini iddia edir.
“Bizim gözləntimiz vurğulandı ki, hadisəyə görə məsuliyyət daşıyanlar müəyyən edilsin, lazımi proseslər aparılsın və İsveç öz vədlərini yerinə yetirsin”,- deyə mənbə bildirib.
Onu da əlavə edək ki, İsveç Xarici İşlər Nazirliyi səfirin Ankaraya Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləsə də, hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Ərdoğan sərt idarəetmə üsulu ilə fərqlənsə də, o, Türkiyədə bütün beynəlxalq təşkilatların demokratik olaraq qəbul etdiyi seçkilər əsasında prezident postuna gəlib. Hazırda da ictimai rəydə rəqiblərindən az da olsa, öndədir.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar