Xəbər lenti
Azərbaycandan sonra Türkiyəni hədəfə aldı – İrandan ağlasığmaz ittiham
Türkiyə və Suriya arasında bölgədəki terrorçu ünsürlərin məhv edilməsi, qaçqınların vətənlərinə qayıtması və bölgədə sülhün bərqərar olması üçün aparılan danışıqlar ABŞ və PKK terror təşkilatından sonra İranı da narahat edib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Suriyada yaradılması arzulanan terror dövlətinin qarşısının alınması və qaçqınların öz yerlərinə qayıtmasının sürətləndirilməsi məqsədilə Ankaranın Dəməşqlə başlatdığı danışıqlar davam edir.
Türkiyə ilə Suriya arasında 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra korlanan münasibətləri normallaşdırmaq cəhdləri terrorun bölgədə qalmasını istəyənləri narahat edir. Prezident Rəcəb Tayyib Ərdoğanın liderlər səviyyəsində görüş keçirilə biləcəyinə işarə vurması terrora dəstək verən bu ölkələrdə narahatlıq yaradıb. ABŞ və PKK-dan sonra İran da öz mövqeyini – terrorçuların yanındakı yerini açıqlayıb.
Molla rejiminin rəsmi xəbər agentliyi İRNA-da dərc olunan təhlildə Türkiyə-Suriya yaxınlaşması ilə bağlı qardaş ölkənin əleyhinə təxribat xarakterli ifadələrə yer verilib.
Təhlildə Türkiyənin Suriyadakı “terrorçular”ı dəstəklədiyi bildirilib, eləcə də türk ordusunu “işğalçı” adlandıracaq qədər də sərsəm sözlər işlədilib.
Ankaranın Suriyanın milli suverenliyinə hörmət etmədiyini iddia edən İRNA analizində Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Bəşər Əsədə qarşı münasibətinin dəyişə biləcəyi cəfəngiyyatını dilə gətirib.
Türk düşmənliyini hər cümləsində dilə gətirən molla rejiminin xəbər saytı yazır:
Ərdoğan hökumətinin rəsmiləri və hakim AKP mediası davamlı olaraq Ankara-Dəməşq münasibətlərinin normallaşmasından danışır, amma Türkiyə hökuməti və mətbuatı da AKP-nin Suriya böhranını dərinləşdirən keçmiş səhv qərar və təşəbbüslərini düzəltmək üçün hansı yol xəritəsini izləyəcəyini hələ görə bilmir. Çünki Ankara hələ də Suriyada terrorçuları dəstəkləyir”.
Suriya-Türkiyə normallaşmasını həzm edə bilməyən İRNA qeyd edir:
“Bu onu göstərir ki, Ərdoğan qarşıdan gələn Türkiyə prezident seçkilərində yenidən qazanmaq üçün Suriya ilə əlaqə qurmaq taktikasından istifadə edir və bu, strateji məsələ deyil, çox güman ki, Türkiyə seçkilərindən sonra dəyişəcək”.
Türkiyə və Azərbaycan əleyhinə hər cür düşmənlik və terrora dəstək verən molla rejiminin saytı türk ordusunu “işğalçı” adlandırmaqdan da çəkinməyib:
“İndiyədək Ankaranın Suriya ərazisindən əsgərlərini geri çəkməsinin, terrorçulara silah dəstəyini dayandırmasının və Suriyanın milli suverenliyinə hörmətlə yanaşmasının heç bir əlaməti görülməyib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar