Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Makron üzr istəməkdən imtina etdi: “Məcbur deyiləm”

Tarix: 12-01-2023 18:17     Baxış: 3312 A- / A+


Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəməyəcəyini deyib.
Manevr.az xəbər verir ki, Fransa lideri bunun heç nəyi dəyişməyəcəyini bildirib.
“Üzr istəmək məcburiyyətim yoxdur. Məsələ bunda deyil, bu ifadə (üzr istəmək) bütün münasibətləri pozur. Üzr istəyirik və hər kəs öz yolu ilə gedir”, - Makron belə bir nəticəyə gəlməyin “pis iş” olduğunu söyləyib.
Tarix və yaddaş araşdırmalarının mühasibat hesabatı hazırlamaq kimi olmadığını bildirən Makron bu işlərin səhv başa düşülə bilən və üzərində qərar verilə bilməyən mövzular olduğunu deyib.
O, Fransanın Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəməsinin heç nəyi düzəltməyəcəyini söyləyib: “Bizi ayıran keçmiş həm də bizi birləşdirir”.
Makron bildirib ki, Əlcəzair və Fransa bir-birini görməzdən gələrək yollarına davam edə bilməzlər.
Prezident tarixçi Benjamin Storaya Fransanın Əlcəzairdəki müstəmləkə tarixi ilə bağlı hesabat hazırlamağı tapşırdığını açıqlayıb.
Fransanın Əlcəzairdə soyqırımı və qətliamlar törətməsinə görə üzr istəməməsi uzun illərdir gündəmdədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar