Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin yeni təyinatı: Böyük hücum başlayır!

Tarix: 12-01-2023 09:52     Baxış: 4279 A- / A+






Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı hərbi əməliyyatlara komandan təyin edilməsi, Sergey Surovikinin bu vəzifədən uzaqlaşdırması səbəbsiz deyil. Bu, Kremlin böyük hücuma hazırlaşdığını göstərə bilər.
Manevr.az xəbər verir ki, bu açıqlama ilə britaniyalı politoloq Mark Qaleotti çıxış edib.
Qaleotti hesab edir ki, bu qərarla həm Surovikin, həm də Gerasimov cəzalandırılıb: “Gerasimov Putinin Ukrayna ilə bağlı “möhtəşəm” planlarına haqq qazandırmasa, o zaman sadəcə sıradan çıxarılacaq”.
Ekspertin sözlərinə görə, Putinin yəqin ki, hələ də yeni ciddi hücum zamanı həyata keçirməyi planlaşdırdığı çoxlu “qeyri-real ideyaları” var:
“Yeni təyinat ciddi hücumların gəldiyinin təsdiqidir. İstənilən halda Putin ordusunun bütün gələcək uğursuzluqlarını Gerasimovun üzərinə yıxmaq mümkün olacaq”.
Xatırladaq ki, Surovikin üç aydan bir qədər çox müddətə Ukraynadakı əməliyyatlara komandanlıq edib. Onun gəlişi Ukraynanın enerji sisteminə ilk raket hücumları ilə yadda qalıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov dünəndən Ukraynada Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edir. Aerokosmik Qüvvələrin komandanı, ordu generalı Sergey Surovikin də daxil olmaqla, Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim Gerasimovun müavinləri təyin ediliblər.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar