Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

İrana məxsus uran olan bağlama London aeroportunda müsadirə olundu

Tarix: 11-01-2023 23:08     Baxış: 3498 A- / A+
İrana məxsus uran olan bağlama London aeroportunda müsadirə olundu
İran şirkəti üçün göndərilmiş içərisində uran olan bağlama London aeroportunda müsadirə olundu.

London polisi bildirib ki, ötən il dekabrın 29-da Londonun Hitrou hava limanında sərnişin təyyarəsinin baqajından içərisində uran olan bağlama aşkarlanıb.

Britaniya mətbuatının məlumatına görə, bomba istehsalında istifadə oluna bilən bu nüvə və öldürücü materiallar iranlı alıcısına çatdırılmaq üçün Pakistandan Omana, oradan isə Hitrou hava limanına göndərilib.

Silahlar üzrə ekspert dr. Börton Qordon deyib: “Nüvə təhlükəsi Soyuq Müharibədən bəri heç vaxt bundan yüksək olmayıb”.

“The Sun” qəzeti xəbər verir ki, “Xüsusi skanerlər maddəni yük anbarına daşınarkən aşkar etdikdən sonra Hitrou hava limanında həyəcan siqnalı verilib”.

London polisinin terrorla mübarizə şöbəsi bununla bağlı ətraflı araşdırmalara başlayıb. unikal

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar