Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elm tarixinin “olmasaydı daha yaxşı olardı” dediyimiz ən qorxunc alimləri - ADLAR

Tarix: 10-01-2023 10:52     Baxış: 4231 A- / A+
Elm tarixinin “olmasaydı daha yaxşı olardı” dediyimiz ən qorxunc alimləri - ADLAR
Elm tarixi ürpədici kəşfləri, insanlıq adına utancverici təcrübələri ilə zəngin olub. Zaman-zaman oxuculara bu kəşflər və təcrübələr haqqında yazılar təqdim etmişik. Xüsusilə, müharibə vaxtları nəinki elm, bütünlükdə insanlıq tarixinə ləkə olan təcrübələr və onların müəllifləri haqqında məlumatlar oxumusunuz.

Bu yazıda elm tarixində primatlar üzərində təcrübələr aparan ən qorxunc alimlər haqqında qısa məlumatları təqdim edirik:

1. Vladimir Demixov

20-ci əsrdə yaşamış sovet alimi orqan transplantasiyasının qabaqcıllarındandır. Lakin o, heyvanlara və xüsusən də itlərə orqan transplantasiyası ilə məşhurdur.


O, bir itin başı, ön ayaqları ilə, başqa bir alman canavar itinə köçürərək şəkildəki ikibaşlı iti əldə etmiş və buna bənzər bir çox təcrübələr aparmışdır. İroniya burasındadır ki, Demihov tarixin ən uğurlu cərrahları arasında göstərilir. Nə qədər uğurlu cərrah da olsa, elmdə əldə etmək istədiyi nailiyyət fiaskodan başqa bir şey olmayıb. Bu ikibaşlı it də çox yaşaya bilməyib.

 
2. Sergey Bruxonenko

Öz ölkəsində açıq ürək əməliyyatlarının qabaqcıllarından biri kimi təqdin edilən daha bir sovet alimi. O, inkişaf etdirdiyi mexaniki ürək və ağciyərləri və canlı saxladığı it başlarını sərgilədiyi təcrübələri ilə məşhurdur. Bu kimə və nəyə görə lazım idi, yəqin ki, elə Sovetlərdən başqa heç kim bilmir cavabını.


Filmə çəkilən eksperimenti 1940-cı ildə “Orqanizmlərin dirçəlişində təcrübələr” adı ilə nəşr olunub.

3. Giovanni Aldini
 

19-cu əsr italyan fiziki. Təcrübələrinin çoxunu insan və heyvan bədənlərinə elektrik verərək tətbiq edib. Amma onu həqiqətən qorxunc edən 1803-cü ildə Kral Universitetində etdiyi təcrübədir. Təcrübədə o, asılmış məhbusun cəsədini hərəkət etdirmək üçün ona elektrik verib. Hətta şayiələrə görə, ölən şəxs sol gözünü tamamilə açıb və tamaşaya baxanlardan biri qorxudan ölüb.


 
4. Harry Harlow

20-ci əsrin Amerika psixoloqu. Təcrübələrinin çoxunu rhesus meymunları üzərində aparmışdır. O, meymunların emosional bağlılığını sınayıb. Bəzi təcrübələrində sosial təcrid tətbiq etdiyi meymunların depressiya zamanı dəli olduqlarını və intihar etdiklərini müşahidə etmişdir. İstifadə etdiyi qəddar üsullara görə Heyvan Haqları Təşkilatına külli miqdarda təzminat ödəməli olub. Sovetlərdən fərqli olaraq, bu utanca görə ən azından məsuliyyət daşıyanlar olub. Təsəllivericidir…


5.Xose Delqado

İspan alimi. O, zehni idarə edən təcrübələrin qabaqcıllarındandır. Beyinlərinə yerləşdirilmiş elektron stimullaşdırıcı qurğularla heyvanların hərəkətlərini idarə etməyə çalışıb. Bir təcrübədə o, arenadakı vəhşi öküzü pultla uzaqdan idarə edərək dayandırmışdır.sfera.az

Manevr.az  


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar