Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Taliban qızlara 6-cı sinfə qədər təhsili davam etdirməyə icazə verib

Tarix: 10-01-2023 07:58     Baxış: 3284 A- / A+
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı 6-cı sinif və daha kiçik qızlara məktəblərdə təhsillərini davam etdirməyə icazə verib.

Bu barədə “Tolo News” telekanalı müvəqqəti Taliban hökumətinin Təhsil Nazirliyinin məktubuna istinadən məlumat yayıb.

Məktubda deyilir ki, aşağı sinif şagirdləri məktəblərdə və tədris kurslarında dərslərini bərpa edə biləcəklər. İbtidai sinifdə işləyən və dekabrın sonunda işdən qovulan müəllimlər də işə buraxılacaq. Qızlar üçün dərslərin bərpa olunmasının şərtlərindən biri də şagird və müəllimlərin şəriət qaydalarına uyğun olaraq məcburi qaydada hicab geyinməsidir.

Bundan əlavə, məktubda aşağı sinif şagirdləri üçün məktəblərin bağlanması barədə qərarın nazirliyin göstərişinə uyğun deyil, yerli hakimiyyət orqanlarının təşəbbüsü ilə qəbul edildiyi göstərilir.

"Taliban"ın özü isə hələlik bu sənədin məzmununu şərh etməyib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar