Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

İranda etirazları dəstəkləyən eks-prezidentin qızı 5 il müddətinə azadlıqdan məhrum edilib

Tarix: 10-01-2023 07:52     Baxış: 3235 A- / A+

İran İslam Şurası Məclisinin (parlament - Red) keçmiş üzvü və tanınmış qadın haqları fəalı Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları dəstəklədiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib.


Bu  barədə “Fars Haber” xəbər portalına onun vəkili Nida Şəms məlumat verib.

Onun sözlərinə görə, İran İslam Respublikasının eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin (1934-2017) qızı sentyabrın 27-də həbs edilərək Evin həbsxanasına aparılıb.

“Müvəkkilim birinci instansiya məhkəməsi tərəfindən sakinləri guya nümayişə təhrik etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Qanuni müddət ərzində bu qərardan şikayət verməyə çalışacağıq”.

İran məhkəməsi həmçinin 60 yaşlı fəalı “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hökumət sisteminə qarşı təbliğatda” ittiham edib.

Qeyd edək ki, Faezeh Haşimi-Rəfsəncani 2009-cu ildə beş il müddətinə siyasi, mədəni və təhsil fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib. 2011-ci ildə fəal islahat hərəkatının lideri Mirhüseyn Musəviyə dəstək mitinqində çıxış etdiyi üçün həbsxanaya düşüb. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar