Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Ukraynaya yardımlar çirkli pulların yuyulmasıdır" - Kadırov

Tarix: 09-01-2023 19:20     Baxış: 3323 A- / A+
"Ukraynaya yardımlar çirkli pulların yuyulmasıdır" - Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov Qərbin Ukraynaya yardımını çirkli pulların yuyulması sxemi adlandırıb.

Manevr.az xəbər verir ki, o, bu barədə bazar günü Telegram kanalında yazıb.
"Mən görürəm ki, bəziləri Ukraynaya xarici yardımdan narahatdır. Narahat olmayın! Bu, işləyən çirkli pulların yuyulması sxemidir. Qərbdən və Ukraynadan olan məmurlar bu vəsaitləri talayacaqlar. Aydındır ki, o yardımın səngərlərə çatağaq hissəsi ümumi məbləğin 15%-dən çox olmayacaq”, - deyə qeyd edib.
Bundan əlavə, Kadırov əlavə edib ki, hazırda Rusiya ərazisində hərbi əməliyyatların getdiyindən narahat olmağa dəyər. “Bunlar əhalini Ukrayna və NATO millətçilərinin şeytani hərəkətlərindən qorumaq üçün dövlətimizin bir hissəsi olmaq istəyən bölgələrimizdir”, - deyə o vurğulayıb.
Yanvarın 6-da ABŞ hakimiyyəti Ukraynaya 3 milyard dollardan çox məbləğdə yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, vəsaitlərin birbaşa Pentaqonun ehtiyatlarından təmin ediləcəyini və yardım paketinə Bradley piyada döyüş maşınları (PDM), özüyeriyən haubitsalar, gücləndirilmiş minalardan müdafiəsi olan MRAP sinifli zirehli maşınlar, yerüstü zirehli maşınlar, yer - hava raketləri, eləcə də digər vasitələr və sursatlar daxil olacağını söyləyib.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar