Xəbər lenti
"Daha bir ölkənin Ukraynaya ərazi iddiası var" - Polkovnikdən şok iddia
Manevr.az xəbər verir ki, bu barədə Polşanın Rzeczpospolita” qəzeti yazır.
Nəşr qeyd edir ki, dünyadakı vəziyyət kəşfiyyat qurumlarında resursların və kadrların kifayət qədər maliyyələşdirilmədiyini üzə çıxarıb: “Varşava bununla casusların ixtisar dalğasını dayandırmaq niyyətindədir”.
Polşa Seyminin üzvü Adam Şlapki müharibəyə görə kəşfiyyatçıların fəaliyyətlərini intensivləşdirdiyini deyib: “Onların rolu bu gün son dərəcə vacibdir”.
Polşa kəşfiyyatının keçmiş əməkdaşı Tomaş Bronis şikayət edib ki, kəşfiyyatdakı xidmətləri həmkarlarını arvadlarına və dostlarına iş yerləri barədə yalan danışmağa məcbur edir.
“Çətin və ağırdır. Kompensasiya isə təbii ki, yüksək maaş olmalıdır”, - Bronis bildirib.
ABŞ müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor isə Polşanın Ukraynanın qərb ərazilərini işğal etmək istəyindən danışıb. Onun fikrincə, Polşa rəsmilərinin bəyanatları onların “itirilmiş torpaqlar” üzərində nəzarətin qaytarılmasını gözlədiklərini göstərir. Polkovnik NATO ölkələrinin əksəriyyətinin Varşavanı dəstəkləyəcəyinə şübhə edir, onun fikrincə, bu, alyansın məqsədlərinə ziddir. Amma Makqreqor ABŞ və digər dövlətlərin Polşa qoşunlarının Ukraynaya ehtimal edilən hücumunun qarşısını almaq üçün heç nə etməyəcəyinə inanır.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar