Xəbər lenti
Almaniyada terror aktının qarşısı alınıb

Almaniyanın qərbində yerləşən Kastrop-Rauksel (Şimali Reyn-Vestfaliya) şəhərində zəhərli maddələrdən - sianid və risindən istifadə etməklə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə bazar günü Düsseldorfun Baş Prokurorluğu, Reklinqhauzen və Münster polisinin birgə açıqlamasında deyilir.
İş üzrə əsas təqsirləndirilən şəxs “dövlət üçün təhlükə yaradan ağır cinayəti hazırlamaqda şübhəli bilinən” 32 yaşlı İran vətəndaşıdır. Bildirilir ki, o, terror aktı törətmək üçün sianid və risin alıb.
Bundan əlavə, "WDR"in məlumatına görə, onun qardaşı da saxlanılıb.
Hüquq-mühafizə orqanları dünən axşam Kastro-Raukseldə iranlının yaşadığı evdə axtarış aparıblar. Kimyəvi maddələr əlavə tədqiqat üçün mavi qablarda çıxarılıb. trend
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































