Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Terror aktı törətmək istəyən iranlılar saxlanıldı

Tarix: 08-01-2023 14:22     Baxış: 3268 A- / A+

Terror aktı törətmək istəyən iranlılar saxlanıldı

Yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin xüsusi təyinatlıları 32 yaşlı İran vətəndaşını dini zəmində terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb.
 
Manevr.az xəbər verir ki, polisin xüsusi təyinatlı qüvvələri gecə yarısı Kastrop-Rauxel şəhərində bir iranlının mənzilinə basqın ediblər.
 
Şübhəli, eləcə də onun qardaşı olduğu güman edilən başqa bir şəxs küçəyə çıxarılıb, yalnız alt paltarı və köynəklə çölə çıxarılaraq polis mikroavtobusuna mindirilib. Onların heç biri müqavimət göstərməyib.
 
“Təqsirləndirilən şəxs dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda şübhəli bilinir”, – prokurorluğun sözçüsü bildirib.

Saxlanılan şəxs kimyəvi döyüş maddəsi olan risin, həmçinin yüksək dərəcədə zəhərli sianid əldə etməkdə ittiham olunur. İstintaq orqanları onun hücumu hazırlamaqda nə qədər irəlilədiyini dəqiqləşdirməyiblər. Terror aktının mümkün hədəfləri barədə məlumat verilməyib.
 
“Bild” qəzetinin məlumatına görə, Cinayət işləri üzrə Federal İdarə iranlını bir neçə gün müşahidə altında saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub./Report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar