Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Professordan ŞOK: "Rusiyanın dağılmasına hazır olun!"

Tarix: 08-01-2023 11:15     Baxış: 3219 A- / A+

Qərb üçün yaxşı və ya pis olmasından asılı olmayaraq, Rusiyanın dağılmasına hazır olmaq lazımdır.
Manevr.az xəbər verir ki, bunu ABŞ-ın Rutters Universitetinin professoru Aleksandr Motıl “Foreign Policy” üçün yazdığı məqaləsində deyib.

“Rusiyanın Ukraynadakı məğlubiyyəti daha da aydınlaşdıqdan sonra onun baş verə biləcəyi müxtəlif ssenarilər var. Çox güman ki, bu, Rusiya Prezidenti Vladimir Putinin vəzifədən getməsidir. Bundan sonra hərbi səyləri davam etdirmək və mövcud siyasi iyerarxiyanı məhv etmək istəyən ifrat sağçı millətçilərlə sistemin mövcudluğunun saxlanılması, müharibəni bitirmək və Rusiyada islahatlar aparmaq məqsədi daşıyan yarıdemokratik hərəkatın canlanmasında maraqlı olan avtoritar mühafizəkarlar arasında hakimiyyət uğrunda şiddətli mübarizə başlayacaq. Biz kimin qalib gələcəyini deyə bilmərik, amma əminliklə proqnozlaşdıra bilərik ki, hakimiyyət mübarizəsi rejimi zəiflədəcək”, – Motıl bildirib.
Onun sözlərinə görə, zəifləmiş rejim və zəif işləyən iqtisadiyyat rusların silahlanıb küçələrə çıxmasına səbəb ola bilər. Bundan əlavə, Rusiya Federasiyasının bəzi subyektləri daha böyük müstəqillik seçmək qərarına gələ bilərlər:
“Əsas namizədlər Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan və Saxadır. Rusiya bu sarsıntılardan sağ çıxsa, çox güman ki, Çinin müştəri dövlətinə çevriləcək. Əks halda Avrasiyanın xəritəsi çox fərqli görünəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar