Xəbər lenti
2100-cü ilə qədər quru buz kütləsinin 32 faizi itirilə bilər
Yeni bir araşdırma, qlobal temperatur artımının indiki sürətlə davam edəcəyi təqdirdə 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizini itirə biləcəyini ortaya qoydu.
Manevr.az xəbər verir ki, ABŞ alimləri yeni peyk görüntülərindən istifadə edərək müxtəlif iqlim dəyişikliyi ssenarilərini və onların mümkün təsirlərini aşkar ediblər.
Tədqiqata rəhbərlik edən ABŞ-ın Karneqi Mellon Universitetindən buzlaq üzrə alim David Rounce bildirib ki, son illərdə buzlaqlardakı dəyişikliyi araşdırmaq üçün daha çox peyk görüntülərindən istifadə edilib və hər bir buzlaqın gələcəyi ayrıca qiymətləndirilir.
Rounce bildirib ki, qlobal temperatur artımı davam edərsə, 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizi və buzlaqların 68 faizi yox olacaq.
Qeyd olunub ki, buzlaqların bu əriməsi dəniz səviyyəsinin artımını 115 millimetrə qədər artıra bilər, - qlasioloq Rounce deyib.
Tədqiqatçılar müşahidə ediblər ki, qlobal temperatur artımı beynəlxalq ictimaiyyətin müəyyən etdiyi 1,5 dərəcə Selsi səviyyəsində saxlanılsa belə, buzlaq kütləsinin 26 faizi yox ola bilər.
Bundan əlavə, bildirilmişdir ki, 2100-cü ilə qədər qlobal temperatur artımı Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlaşdırdığı kimi 2,1 ilə 2,9 dərəcə Selsi arasında olarsa, demək olar ki, bütün Avropa, Qərbi Kanada, ABŞ və Yeni Zelandiyadakı dağ buzlaqları yox ola bilər.
Dünyada 2 milyard insanın təmiz suya ehtiyacı qurudakı 215 000-dən çox buzlaqdan əldə edilir, lakin buzlaqların əriməsi dənizin səviyyəsinin qalxmasına səbəb olduğu üçün dəniz kənarında yaşayan milyardlarla insan üçün təhlükə yaradır.
Araşdırma "Science" jurnalında dərc olunub.
Sevinc
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar