Xəbər lenti
“İran İnqilab Keşikçilərini terror təşkilatı kimi tanıyın” – Avropada tələb

Niderlad parlamentində 4 koalisiya tərəfdaşı da daxil olmaqla 10 siyasi partiyanın təmsilçiləri hökuməti ötən ilin sentyabrında Mahsa Əmininin ölümündən sonra rejimə etiraz edən İran xalqına dəstəyini artırmağa çağırıb.
“Niderland və Avropa İttifaqı azadlıqsevər iranlıları dəstəkləməyə davam etməli və onların səsi olmalıdır”,- deyə partiya liderlərinin açıq məktubunda deyilir."İran rejimi fundamental insan hüquqlarını pozur və onun hərbi fəaliyyəti də beynəlxalq təhlükəsizliyə təhdiddir",- deyə deputatlar bildiriblər. Məktubda onlar hökuməti və Aİ-ni ABŞ-dan nümunə götürməyə və İran rejiminin “onurğa sütunu” adlandırdıqları İnqilab Keşikçiləri Qvardiyasını (SEPAH) terror təşkilatı kimi tanımağa çağırırlar. Parlament belə bir addımı artıq dəstəkləyib. Bundan əlavə, partiya liderləri bildirirlər ki, Niderland və Avropa da İran rejimindən olan konkret şəxslərə və onların yaxın qohumlarına qarşı sanksiyalar tətbiq edə bilər.
Məktubda deyilir: “Bu yolla biz onların İranda azadlıqları pozmasının, sonra gəlib burada, məsələn, universitetlərimizdə azadlıqlarımızdan istifadə etmələrinin qarşısını ala bilərik. İranlılar bizim ərazimizdəki rejim tərəfindən hədələnir və qorxudulur”.
Nazirlər Kabinetinin təklif etdiyi qaynar xətt ilk addımdır, lakin daha çox “müdafiə, cəza və diplomatik təzyiqə ehtiyac var”. Bu həftənin əvvəlində Niderlandın bir qrup tanınmış iranlı vətəndaşı etirazlarla bağlı danışıqlar aparmaq üçün nazirlərlə görüşüb. Onlar Niderlandı İrana, onun liderlərinə və onların ailələrinə qarşı daha sərt mövqe tutmağa çağırıblar.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar