İndiyədək qeydə alınan ən dəhşətli 10 zəlzələ barədə məlumatı təqdim edirik:
1960-cı il mayın 22-də Çilidə olan zəlzələ bu günə qədər olan ən böyük zəlzələdir. Hadisədən sonra Sakit okeanda güclü sunami baş verib və xeyli tələfata səbəb olub.
2. 9.2 bal, Alyaska – 1964-cü il
Alyaskda 1964-cü il martın 28-də baş verən 9.2 ballıq zəlzələ siyahıda ikinci ən güclüdür. 3 dəqiqə çəkən zəlzələ sunami yaradıb. 128 nəfər həlak olub, infrastruktura ümumilikdə 310 milyon dollarlıq ziyan dəyib.
3. 9.1 bal, İndoneziya – 2004-cü il
2004-cü il 26 dekabrda Hind Okeanının Sumatra adasında meydana gələn bu zəlzələ 40 ölkədə 230 min insanın həyatına son qoyaraq, 21-ci əsrə öz damğasını vurub. 9.1 və 9.3 bal arasında olan bu zəlzələ 8.3 ilə 10 dəqiqə arasında davam edib. Ən uzun müddətli zəlzələ kimi tarixə düşüb. Onun təsirindən Yer kürəsi 1 sm silkələnib. Zəlzələnin təsiri Alyaskaya qədər gedib çıxıb.
4. 9.1 bal, Yaponiya – 2011
2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqindəki Xonsyu adasında 24 km dərinlikdə 9.1 bal gücündə zəlzələ baş verdi. Yapon hökuməti bu fəlakəti “Böyük Şərq Yaponiya Zəlzələsi” adlandırdı. Zəlzələdənsonra 38 metr hündürlükdə sunami dalğaları yarandı. Nəticədə 15900 nəfər həlak oldu, 2531 nəfərdən isə hələ də xəbər yoxdur.
5. 9 bal, Rusiya – 1952-ci il
Bu zəlzələ 1952-ci il noyabrın 4-də Kamçatka yarımadasında baş verib. Yarımada Avstraliya, Asiya və Amerika tavalarının sərhədində yerləşir. Həmin ərazi də “Sakit Okean Ocağı” adlandırılır.
6. 8.8 bal, Çili – 2010-cu il
1.5 dəqiqə davam edən bu zəlzələni 2 milyon insan yaşayan ərazidə hiss olundu. Nəticədə 500 min dağıldı.
7. 8.8 bal, Ekvador – 1906-cı il
1906-cı ildə Kolumbiya və Ekvadoru silkələyən bu zəlzələdən sonra güclü sunami baş verib. Sunami hətta okeanı keçərək Yaponiyaya qədər gedib çatmışdı.
8. 8.7 bal, Alyaska – 1965-ci il
Alyaskanın Rot adaları sahilində baş verən bu zəlzələnin əsas dağıdıcı tərəfi sunami sayəsində olmuşdu.
9. 8.6 bal, Tibet – 1950-ci il
Tarixə “Assam zəlzələsi” kimi düşən bu fəlakət 780 nəfərin həyatına son qoyub. Çin, Hindistan və Tibetin bir çox şəhərlərində hiss edilib.
10. 8.6 bal, İndoneziya – 2005-ci il
2004-cü ildəki dəhşətli zəlzələdən sonra meydana gələn bu hadisə yenə də, ölkənin şimalındakı Sumatra adasında yaranmışdı. Nəticədə 400-dən çox insan xəsarət alıb və nəhəng sunami dalğaları Şri-Lankaya qədər gedib çıxmışdı.lent.az