Xəbər lenti
Səddam Hüseynlə bağlı 20 illik sirr DEŞİFRƏ OLDU: Onu tutan əsgər danışdı..
Manevr.az bildirir ki, Səddam Hüseyni əsir alan əsgərin son açıqlaması 20 illik sirri deşifrə edib. “Daily Mail” qəzetində yer alan xəbərə görə, Kevin Holland adlı əsgər daxil olan bildirişlə bölgəyə getdiklərini deyib. Texas əsgərinin Səddamı gizləndiyi yerdən çıxardığını bildirən Holland devrilmiş lideri yanında silah olması ehtimalını nəzərə alaraq saxladıqlarını söyləyib. Ardınca Səddamın əl-qolunu bağladıqlarını vurğulayan Holland həmçinin, ona “Prezident Buşun salamı var”, dediklərini də əlavə edib. “Səddam bizə ingiliscə danışıqlara açıq olduğunu dedi. Amma biz ona “artıq gecdir” cavabını verdik”, deyə Kevin bildirib.
Çəkdikləri görüntülərin ABŞ mətbuatında dərc olunduğunu deyən Holland devrilmiş liderin bu qədər müddət bir çuxurda necə sağ qaldığı sualını da cavablandırıb. O, “Səddam Hüseyn orada çox qalmadı”, deyə bildirib. Holland əlavə edib ki, Səddamın bölgədə iki mühafizəçisi var idi.
Xatırladaq ki, Səddam Hüseyn 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. Həmin il dekabrın 13-də Tikritdə həbs olunub və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilib. 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam olunub.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar