Xəbər lenti
İranda “hicab pozuntusu mesajı” geri döndü...

İranda Məhsa Eminin qətlindən sonra nümayişlərin başladığı günlərdə dayandırılan “hicab pozuntusu mesajı” yenidən tətbiq edilib.
Manevr.az-ın yerli mətbuata istinadən xəbərinə görə, sözügedən tətbiqlə hicab qaydasını pozan nəqliyyat vasitəsi sahiblərinin telefonlarına xəbərdarlıq mesajları göndərilməyə başlanıb.
Müraciətə əsasən, təkrar qayda pozuntusu baş verərsə, nəqliyyat vasitəsinin sahibi polisə çağırılır.
Xatırladaq ki, ötən il sentyabrın 13-də İranın paytaxtı Tehranda "əxlaq polisi" tərəfindən "hicab qaydalarına əməl etmədiyi" səbəbilə nəzarətə alınan və xəstələnərək xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Emini 16 sentyabrda dünyasını dəyişib. Eminin ölümündən sonra doğulduğu Sakqızda başlayan nümayişlər hökumət əleyhinə etirazlara çevrilib. On minlərlə nümayişçinin saxlanıldığı etirazlar bütün dünyada böyük dəstək aldı. Yüzlərlə etirazçının həyatını itirdiyi nümayişlərdə saxlanılan iki nəfərin edam edilməsi ölkədə gərginliyi yenidən artırıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar