Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Stoltenberq: "Qərb Ukraynada uzunmüddətli münaqişəyə hazır olmalıdır"

Tarix: 02-01-2023 11:56     Baxış: 3278 A- / A+


NATO-nun baş katibi Yens Stoltenberq Qərb ölkələrini Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmağa çağırıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verirki, bu barədə o bazar günü BBC-nin Britaniya Yayım Korporasiyasına verdiyi müsahibədə bildirib. "Biz uzun bir səyahətə hazır olmalıyıq" fikrini yürüdən baş katibin fikrincə, Rusiya Ukraynadakı məqsədlərindən əl çəkmək niyyətində deyil.
Stoltenberq hesab edir ki, Rusiya Federasiyasındakı səfərbərlik Rusiya qoşunlarının mümkün yeni hücum cəhdindən xəbər verir.

Moskva ilə Kiyev arasında sülhün bağlanmasının mümkünlüyündən danışan NATO-nun baş katibi münaqişənin nizamlanmasına dair razılaşmanın şərtlərinin döyüş meydanındakı vəziyyətdən asılı olacağını vurğulayıb. “Müharibələrin çoxu sülh danışıqları ilə başa çatır. Çox güman ki, bu müharibədə də belə olacaq. Ancaq biz bilirik ki, Ukrayna üçün sülhün bağlanacağı şərtlər tamamilə döyüş meydanında qüvvələr balansından asılıdır”. Bununla bağlı Stoltenberq “Rusiyanı danışıqlar masası arxasına oturmağa və Ukraynanı Avropanın suveren, müstəqil dövləti kimi tanımağa” inandırmaq üçün Qərbin Ukraynaya hərbi yardımı davam etdirməsini zəruri hesab edir.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar