Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gizli bilgi sızdı: Molla rejimi parçalanır – İranda şok gəlişmə

Tarix: 01-01-2023 18:45     Baxış: 3272 A- / A+


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri kütləvi etirazların davam etdiyi vaxtda ölkə rəhbərliyində parçalanmaya eyham vururlar.
Manevr.az xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.
SEPAH rəsmisi Həmid Abazari yüksək səviyyəli komandirlərin və məmurların davam edən etiraz dalğası zamanı dəyərlərə (dini lider Əli Xameneyiyə) və rejimə qarşı uğursuzluğa düçar olduqlarını deyib. Abazari həmçinin etirazlara səssiz qalan rəsmiləri qınadığını bildirib və əlavə edib ki, Xameneyiyə qarşı çıxanlar arasında rejimin birinci dərəcəli rəsmiləri də var.
SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi dünən Abazarinin açıqlamalarını rədd edərək, bunun “onun şəxsi fikri” olduğunu və “mövcud faktlar”a uyğun gəlmədiyini vurğulayıb.
Bundan əlavə, SEPAH-ın etirazlara və iğtişaşlara qarşı mübarizə aparan bölməsinə cavabdeh olan Qulamhüseyn Qeybpərvər bəzi elitaları etirazlara səssiz qaldıqları üçün tənqid edib: “Bəzi elitalar öz aləmlərində zərər və ziyana uğramaqdan qorxur və buna görə susurlar”.
Qeybpərvər İranda dini dəyərlərin zəiflədiyini də söyləyib: “İqtisadi problemləri, bahalığı, işsizliyi və sairi nkar etmirik, amma bu rejimin haqqı idimi ki, kim gəlirsə, onun bədəninə bıçaq soxsun?”
Amerika Müəssisələr İnstitutunun (AEI) “Kritik Təhdidlər Layihəsi”ndə (CTP) qeyd olunur ki, etirazlar və rejimin repressiyaları İranın siyasi və təhlükəsizlik qurumlarını parçalayıb.
Etirazlar fonunda son aylarda İran din xadimləri və rəsmiləri tərəfindən hökumətə qarşı tənqidlər artıb.
“Black Reward” haker qrupu tərəfindən SEPAH-ın baş komandanı Hüseyn Salami ilə bağlı sızdırılan məlumatda bəzi iranlı rəsmilər “inqilabçı qüvvələr” arasında şübhələr və qeyri-müəyyənliklərin artdığını deyirlər. Bundan əlavə, İran rəsmiləri deyirlər ki, etiraz hərəkatı və son iğtişaşlarda ən böyük nailiyyət insanların ordu və polis qüvvələri qarşısında qorxu hislərini itirmələridir.
Bu yaxınlarda İranın Məsləhət Şurasının üzvü və Xameneyinin məsləhətçisi Məhəmməd Sədr yerli “Donya” qəzetinə verdiyi müsahibədə xəbərdarlıq edib ki, etirazlar iqtisadi şüarlardan xeyli dərəcədə yayınsa da, ölkədə iqtisadi vəziyyətin pisləşməsi çox təhlükəli olan iqtisadi etirazlara səbəb ola bilər.
Sədr əlavə edib ki, dialoq davam edən iğtişaşlar üçün ən yaxşı həll yoludur: “Etirazçıların tələblərinin yüz faizi praktiki deyil və bu tələblərin bir qismini zaman keçdikcə həyata keçirə bilərik”.

İranın bir çox bölgəlarində, o cümlədən Tehran, Cavanrud, Sənəndəc, Nəcəfabad və Semiromda hökumət əleyhinə etirazlar davam edir.
Tehrandakı nümayişlərdə İran təhlükəsizlik qüvvələrinə etiraz olunub.
Qumda etirazçılar SEPAH-ın “Qüds” briqadasının mərhum komandiri Qasım Süleymaninin portretini yandırıblar.
Cavanrudda öldürülən etirazçı Borhan Elyasinin dəfn mərasiminə toplaşan böyük izdiham “Diktatora ölüm” şüarları səsləndirib.
Samiromda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
“Arak” və “Abadan” neft emalı zavodları və “Azər Mehran” neft şirkətinin işçiləri iş şəraitinə etiraz olaraq dünəndən tətilə çıxıb, nümayişlərə qoşulublar.
Molla rejimi isə xalqın tələblərini yerinə yetirmək əvəzinə, kütləvi nümayişlərin istinad nöqtələrindən biri olan məcburi hicab qaydalarını sərtləşdirməyə başlayır.
“Fars” xəbər agentliyinin məlumatına görə, İran hakimiyyəti avtomobillərdə hicab taxmayan şəxslərə mətnlər göndərərək, avtomobillərdə hicab taxmağın məcburiləşdirilməsi üçün yeni proqrama başlayıb. Oxşar proqramın 2019-cu ildə Tehranda həyata keçirildiyi bildirilir. Həmin proqramda mesaj alanlara polis bölmələrinə gəlmək əmri verilirdi və yalnız hicab taxmağa razılaşan sənədləri imzaladıqdan sonra buraxılırdı. Hazırkı proqramın necə işləyəcəyi bəlli deyil.
Yeni proqram İran rəsmilərinin hicab taxmağa məcbur edən “əxlaq polisi”ni bağlamağa başladığı barədə xəbərləri təkzib etməsindən bir ay sonraya təsadüf edir.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar