Xəbər lenti
Rusiyanın yeni nəsil raketi: S-500 Rusiyanın yeni nəsil raketi: S-500 - Video
Müasir S-500 zenit-raket sistemlərinin ikinci sınağı Qazaxıstanda keçiriləcək.
Manevr.az xəbər verir ki, bu barədə Rusiyanın “Almaz-Antey” konserninin baş konstruktoru Pavel Sozinov məlumat verib.
“Biz bu sistemi hazırlayan zaman yaxın 25 ildə hava kosmik hücum vasitələrinin necə inkişaf edəcəyini nəzərə aldıq. S-500 hazırda olmayan, amma istənilən vaxt yaradıla biləcək silahlara qarşı da dayana bilmək gücündədir” – deyə o bildirib.
S-500 “yer-hava” zenit-raket sistemlərinin yeni nəslidir. Bu raketlər yüksək potensiala malik raketdən müdafiə sistemləri ilə təchiz olunub və ballistik raketləri tutmağa qadirdir. S-500-lər təkcə ballistik raketlərə qarşı yox, həm də aerodinanik hədəflər (təyyarə, helikopter), eləcə də qanadlı raketlərə qarşı effektlidir.
Sistemin məhvetmə radiusu 600 kilometrə bərabərdir və eyni zamanda 10-a yaxın səsdən sürətli ballistik raketi məhv edə bilir.
Taktiki-texniki xüsusiyyətlərinə görə S-500-lər hazırda Rusiya ordusunun silahlanmasında olan S-400 və ABŞ-ın “Patriot” raketlərini qabaqlayır.(axar.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































