Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan Ermənistana tələb: “Bu saxtakarlığı sübut edin”

Tarix: 29-12-2022 18:22     Baxış: 3281 A- / A+


“Belə açıqlamalar verərkən konkret olaraq ölkə adı çəkirlərsə, onda faktları təqdim edin”.
Manevr.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Ermənistanı Azərbaycana dəhliz verməyə və “İttifaq Dövləti”nə qoşulmağa məcbur etməsi barədə açıqlamasını şərh edərkən deyib.
Rusiya rəsmisi Qriqoryandan ittihamlarına dair fakt tələb edib:
“Bu haqda danışarkən kimləri nəzərdə tuturlar, hansı faktlara istinad edirlər? Məcburiyyətin necə baş verməsi ilə bağlı faktlar varmı? Səmimi şəraitdə, bir qədəh qırmızı şərabın müşayiəti ilə, yoxsa daha sərt olub? Necə məcbur etdilər? Bunun necə baş verdiyini anlamaq lazımdır, elə deyilmi? Yoxsa durduğu yerdə ayağa qalxıb dedi ki, məni məcbur edirlər.
Başa düşürsünüz ki, heç olmasa bəzi faktlar olmalıdır? Əgər belə açıqlamalar verirlərsə, üstəlik, konkret olaraq ölkənin adını çəkirlərsə, birbaşa həmin ölkəni ittiham edirlərsə, onda zəhmət olmasa, bunu faktlarla təsdiqləyin. Həmin faktları göstərin. O zaman Rusiya prezidentinin sözçüsünün dediklərinə əlavə olaraq deyəcəyik ki, Rusiya rəsmilərindən heç biri heç vaxt belə bir söz deməyib. Ermənistanın ittifaq dövlətinə qoşulmasını nəzərdə tuturam. Bütün bu cür ifadələr qiymətləndirilib.
Yeri gəlmişkən, eyni sözləri guya İrəvandan onun nəzarətində olmayan Ermənistan ərazisindən müəyyən dəhliz tələb etdiyimiz iddiası haqqında da demək olar. Bu saxtadır, biz də bu haqda dəfələrlə danışmışıq.
Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2021-ci il 11 yanvar tarixili bəyanatına görə, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində kommunikasiyaların açılmasının müxtəlif yolları, o cümlədən Ermənistanın cənubunda dəmir yolu xəttinin bərpası müzakirə olunur. Nə İrəvanın, nə də Bakının mübahisə etdiyi bu işin prinsiplərindən biri odur ki, marşrutların suverenliyi onun ərazisindən keçdiyi ölkəyə məxsusdur”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar