Dünyanın hər yerində gənclik illərini başa vurub yetkinliyə qədəm qoyan insanlar üçün maraqlı mərasimlər, ayinlər təşkil olunur.
Bir-birindən fərqlənən bu ayin və mərasimlər əsasən, sivilizasiyalardan uzaq qəbilələr arasında icra olunur.Oxuduqca özünüzü çox şanslı hiss edəcəyiniz 16 qeyri-adi adət-ənənəni təqdim edirik:
1. Afrikada yaşayan Fulalar qəbiləsinin yeniyetmələri əsl kişi olduqlarını sübut etmək üçün başqa qəbilələrdən olan həmyaşıdları ilə qamçı yarışına girirlər. Əsas qayda belədir: Uşaqlar heç vaxt qorxu əlamətləri göstərməməlidir.
2. Braziliyada Amazon cəngəlliklərinin dərinliklərində yaşayan Satere-Mave qəbiləsində yetkinliyə addım atmaq istəyən hər bir yeniyetmə dişləməsi son dərəcə ağrılı olan qarışqalarla doldurulmuş əlcəklər geyinməlidir. Yeniyetmələr bu əlcəyi 10 dəqiqə ərzində əllərindən çıxarmamalıdır.
3. Cənubi Afrikada yaşayan Xosa qəbiləsində yetkinliyə çatmağın yeganə yolu sünnətdir. Bu zaman yeniyetmələri dağlara aparırlar.
4. Efiopiyadakı Hamar qəbiləsində evlənmək istəyən şəxslər inəklərin üstündən tullandıqları mərasimdə iştirak etməlidir.
5. Fulalı qadınlarının üzlərində yeniyetməlikdən gəncliyə keçid üçün mütləq tatuajlar olmalıdır. Yoxsa onların evlənməyinə icazə verilmir.
6. Braziliyadakı Matis qəbiləsinin gəncləri görmə qabiliyyətini artırmaq üçün bədənlərinə iynə ilə zəhər vurur və daha sonra bu vəziyyətdə ova gedirlər. Bundan əlavə, onları ova getməzdən əvvəl döyüb qamçılayırlar.
7. Şimali Amerikada yaşayan yerli Alqonkin qəbiləsinin gəncləri əvvəlcə tənha bir yerə aparılır, orada qəfəsə qoyulur, sonra isə onlara “wysoccan” kimi tanınan çox güclü keyləşdirici dərman verilir. Bu ritualın məqsədi kişiliyə qədəm qoyan insanlara uşaqlıq illərini unutdurmaqdır. Əgər insan hələ də bu xatirələri unutmayıbsa, verilən dərmanın dozası artırılır.
8.Nigeriyada yaşayan Okrika qəbiləsinin inancına görə, qəbilədəki qadınlar uşaqlıq illərində su ruhları ilə bir növ romantik münasibətdə olmalıdırlar. Bu qəbilənin gənc qızları qəbilədən bir nəfər gəlib onları xilas edənə qədər günlərlə çay sularında həyatda qalmaq üçün mübarizə aparır.
9. Keniya və Tanzaniyadakı Maasai icması hər 6-10 ildən bir döyüşçülərini yeniləri ilə əvəz edir. Gənclər əvvəlcə sünnət edilir, sonra isə düşərgəyə aparılır. Düşərgəni uğurla tərk etmək üçün gənclərin bir aslanı öldürməsi lazımdır. Aslanların öldürülməsindən narahat olan aidiyyəti ölkələrin hökumətləri bu yaxınlarda bir daha bu ənənəyə icazə verməyəcəklərini açıqlayıb.
10. Kişi kimi qəbul olunmaq istəyən hər bir mandanlı gənc 4 gün yuxusuz oruc tutmalıdır. 4 gündən sonra gənclərin sinəsinə şişlər yapışdırılır və gənclər tavandan asılır. Bu ritual boyunca hər kəs gülümsəməlidir və ritualın başa çatması üçün asılan şəxs huşunu itirməlidir. Son addım olaraq, onların çeçələ barmağı kəsilir və tanrılara qurban verilir.
11. Avstraliya qitəsinin yerli sakinlərindən olan Mərdudcara qəbiləsində bir gənc kişi kimi qəbul olunmaq istəyirsə, bir az işgəncəyə məruz qalmalıdır.
Gənclərin sinəsinin üzərində qəbilənin qoca üzvlərindən biri oturur. Bu vaxt yeniteymələr həm də sünnət olunur.
12. Matusa qəbiləsinin böyükləri gənclərin ruhlarını onların paklığını pozan şər ruhlardan təmizləmək üçün çox maraqlı ayin icra edirlər. Taxta saman yeniyetmə oğlanların boğazına qoyulur və qusana qədər orada saxlanılır. Daha sonra samanlar onların burun dəliklərinə qoyulur və dilləri kəsilir. Qəbilə üzvlərinin inancına görə, kifayət qədər qan töküldükdən sonra gənclərin ruhu təmizlənmiş olur.
13. Qədim Yunan cəmiyyətində bir gəncin yaşlı kişi ilə homoseksual münasibətə olmasına açıq şəkildə icazə verilirdi. Bu münasibətin təsdiqi də gəncin hərbi xidmətə hazır olduğunu göstərirdi.
14. Papua Yeni Qvineyanın Sepik çayı tayfaları arasında isə dərisi soyulmuş gənclər artıq kişi hesab edilir. Bu zaman qəbilənin ağsaqqalları timsah dərisinə bənzətmək üçün gənclərin dərisini ülgüclə kəsirlər.
15. Mentawai adalarının yerli xalqı inancına görə, fiziki görünüşünü bəyənməyən qadınların dişləri itilənir və daha gözəl görünüşlə təmin edilir.
16. Aztek İmperiyasında isə 17 yaşına çatmış hər bir kişi hərbi təlimlərə cəlb olunurdu. Məşqə başlayan gəncin kişi sayılması üçün düşmən döyüşçülərindən birini əsir götürməli idi. Əsir götürülən düşmən döyüşçüləri öldürülür, gənc oğlan isə yetkin sayılırdı.ölkə.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar