Xəbər lenti
“Artıq Qərbdə heç kim Rusiyadan qorxmur” - Zelenski
“Artıq Qərbdə heç kim Rusiyadan qorxmur”.
Manevr.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Rusiyanın hücumlarına qarşı inamla mübarizə apardıqlarını bildirən Zelenski Ukraynanın mütləq qalib gələcəyini bildirib.
Rusiyanın Ukraynada müharibəyə başlaması ilə təkcə ölkəsini deyil, Qərb dövlətlərini də təhdid etdiyini söyləyən dövlət başçısı qeyd edib:
“Artıq Qərbdə heç kim Rusiyadan qorxmur və qorxmayacaq.
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı Ukraynanı dəstəkləyirlər. Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı belə genişmiqyaslı hücumlara qarşı müdafiə yardımı edir”.
Zelenski Aİ-nin bu il ölkəsinə “namizəd ölkə” statusu verdiyini xatırladıb və bildirib ki, Ukrayna buna çoxdan layiqdir: “Ukrayna Avropa İttifaqı üzvü olmalıdır. Bununla bağlı danışıqlara başlamağın vaxtı çatıb”.
Zelenski müharibənin ilk günlərində Rusiya qüvvələrinin paytaxt Kiyevə girməyə cəhd etdiklərini, amma Ukrayna ordusu tərəfindən geri itələndiklərini söyləyib: “Ukrayna əsgərləri işğalçıları Kiyevdən qovdu və bu, genişmiqyaslı müharibədə ilk dönüş nöqtəsi oldu”.
Prezident onlara dəstək verən ölkələrə təşəkkür edib və Ukrayna ordusunun bu silahlar sayəsində uğurlu əks-hücumlar həyata keçirdiyini vurğulayıb: “Ukraynanın 1800-dən çox şəhər və kəndini işğalçılardan azad edə bildik”.
Zelenski əlavə edib ki, Ukrayna xalqı çoxdan arzuladığı qələbəyə doğru irəliləməkdə davam edir.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar