Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəbli qızın telefonu partladı, xəstəxanaya yerləşdirildi

Tarix: 29-12-2022 09:19     Baxış: 3342 A- / A+

Moskvada 12 yaşlı qız smartfonun partlaması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə "SHOT" Telegram kanalı yazıb.
Məlumata görə, tənəffüs zamanı Nekrasovkada məktəb şagirdi məhəccərə söykənərək telefonun batareyasını sıxıb. Cibindən tüstü çıxanda qız telefonu çıxarıb atıb və cihaz alışıb. Yanğını hadisə zamanı yaxınlıqda olan tarix müəllimi söndürüb.
Paylaşımı müşayiət edən fotoşəkillərdə tüstülənən smartfon, həmçinin yaralı qızın yanmış əli əks olunub. Məktəbli qız xəstəxanaya yerləşdirilib. Həkimlər ona birinci dərəcəli yanıq diaqnozu qoyublar.
Məktəb direktoru Maya Bulayeva faktı təsdiqləyib. Onun sözlərinə görə, təhsil müəssisəsinin əməkdaşları hadisəyə tez reaksiya veriblər: telefonu söndürüblər, həkimləri çağırıblar və xəsarət alana ilkin tibbi yardım göstəriblər. "Həkimlərin müayinəsinin nəticələrinə görə, uşağın xəstəxanada qalmasına ehtiyac olmayıb. İndi şagird evdədir. Tətildən sonra qız məktəbə qayıdacaq", - o deyib.milli.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar