Xəbər lenti
SENSASSİYA! Ermənilər rus bazasını blokadaya almağa hazırlaşır

Ermənistan mediası xəbər verir ki,onlar rus hərbçilərii təhdid ediblər.
“Yaxın günlərdə Laçın dəhlizi açılmasa, biz xalqımızı Gümrüdəki Rusiya hərbi bazasının qarşısını almağa çağıracağıq”, - deyə Milli Demokratik Qütbün üzvlərindən biri Vahe Qasparyan partiya rəhbərliyi adından bildirib.
Qasparyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib: “Biz Ermənistanda Rusiyanın Qarabağı blokadaya alması ilə bağlı qiymətləndirmələri bizimlə üst-üstə düşən siyasi dairələrlə də danışıqlar aparmağı planlaşdırırıq. Rusiya hərbi bazası Qarabağı necə mühasirəyə alıbsa, o cür də özləri mühasirəyə alınacaq”.
Jurnalistlərin hansı siyasi partiyaların nümayəndələri ilə danışıqlar aparacağı sualını cavablandıran AXCP Şurasının üzvü Qaregin Çuqasyan qeyd edib ki, müxtəlif erməni siyasətçiləri, o cümlədən Nazirlər Kabinetinin nümayəndələri Qarabağdakı vəziyyətə oxşar qiymət verirlər.
Eyni zamanda, Çuqasyan qeyd edib ki, “müzakirələrdən dərhal sonra MDP aktiv fəaliyyətə keçəcək”.
Qeyd edək ki, məhz Ermənistan hakimiyyətinin müttəfiqi adlandırılan Milli Demokratik Qütb partiyası müxtəlif anti-Rusiya aksiyaları təşkil edir . Xüsusilə, noyabrın sonunda İrəvanda keçirilən KTMT sammiti zamanı tərəfdarları “Putin qatildir!”, “Çıx get, Rusiya!” şüarları səsləndiriblər.
Qarabağda erməni radikalları da fəallaşıb. Xəbər verdiyimiz kimi, bir gün əvvəl Xankəndindən bir qrup erməni general-mayor Volkovla görüşmək və ondan “Laçın dəhlizinin açılmasını” tələb etmək üçün Rusiyanın sülhməramlı qüvvələrinin Xocalı hava limanındakı bazasına gedib.
Qrup rəhbərləri Rusiya sülhməramlılarının bazası qarşısında aksiyanın davam edəcəyini, insanların dağılışmayacağını bildiriblər. oxu.az24
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar