Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvanda etirazçılar Laçın yolunun açılmasını tələb ediblər - Video

Tarix: 28-12-2022 17:43     Baxış: 3300 A- / A+

İrəvanda müxalifət partiyalarının gənclər təşkilatlarının yürüşü keçirilib.
Manevr.az erməni mətbuatına istinadən xəbər verir ki, iştirakçılar hakimiyyətdən Laçın yolunun açılması  üçün addımların atılmasını tələb ediblər. Hökumət binasına doğru yürüş edən etirazçılar  baş verənlərə görə məsuliyyətdən boyun qaçırmamaq və günahı Rusiyanın üzərinə yıxmamaq lazım olduğunu bildiriblər. ARF “Daşnaksütyun” gənclər qanadının nümayəndəsi Sevak Nazaryan qeyd edib ki, Ermənistan heç bir sənədlə Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqdan imtina etməmişdir. Deməli, Qarabağa həyat yolunun bağlanması və humanitar böhranın getdikcə dərinləşməsinə görə məsuliyyət daşıyan Ermənistan hakimiyyətidir.
Fəal qeyd edib ki, Ermənistan hakimiyyəti bütün məsələlərdə başqa dövlətlərə ox atırlar, baxmayaraq ki, baş verənlər onların siyasətinin nəticəsidir.

"Vəziyyətə görə yalnız üçüncü dövlət məsuliyyət daşıyırsa, deməli bizim hakimiyyət orqanlarının işi yoxdur. Bizim dövləti olmayan xalqımız olsaydı, müxtəlif beynəlxalq strukturlara müraciət edərdik və yalnız onlara arxalanardıq. Və bizim, xoşbəxtlikdən, təxminən 30 ildir ki, mövcud olan bu dövlətimiz var”, - deyə o, yekunlaşdırıb

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar