Xəbər lenti
"Rusiyadan addımlar gözləyəcəyik, atılmasa, suallar yaranacaq" - Qriqoryan
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya ilə münasibətlərdə diplomatik uğursuzluqla bağlı ittihamları rədd edib.
Manevr.az xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai Televiziyası Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edən zaman bildirib."Ermənistan tərəfi həmişə konstruktiv olub. Biz Rusiya Federasiyası və Azərbaycanın xarici işlər nazirləri ilə görüşü boykot etməmişik, çünki biz yaranan böhranın həlli ilə məşğuluq", - deyə Qriqoryan müsahibəsində deyib.
Bundan əlavə, Qriqoryan bəyan edib ki, Ermənistan XİN artıq geniş şərh təqdim edib.
Ermənistan hakimiyyətinin anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı ittihamlarına gəlincə, Qriqoryan qeyd edib ki, rusiyalı həmkarları ilə iş davam edir. Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın dəhlizinə görə məsuliyyət tamamilə Rusiya tərəfinin üzərinə düşür.
O, Ermənistanın Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən narazılığını ifadə etməsi ilə bağlı ittihamları da şərh edib.
"Ermənistan dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirir. İndi böhran yaranıb, Rusiya bunu həll edə bilər",- deyə Qriqoryan bildirib.
O, xatırladıb ki, Ermənistan 2022-ci ilin sentyabr eskalasiyasından sonra yardım üçün bir neçə dəfə təkcə KTMT-yə deyil, həm də Rusiyaya müraciət edib.
"Rusiya ilə münasibətlərimiz müqaviləlidir. Biz Rusiyadan addımlar gözləməyə davam edəcəyik, atılmasa, suallar yaranacaq", - deyə Qriqoryan əlavə edib.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar