Xəbər lenti
Paşinyan Putinə şikayət etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən ikitərəfli görüşdə deyib ki, müzakirə olunacaq ən vacib məsələ Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlıdır.
Manevr.az xəbər verir ki, Paşinyan Laçın dəhlizinin bağlı olmasından şikayətlənib.
"Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verib", - Paşinyan bildirib.
O xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin və yüklərin maneəsiz keçidinə zəmanət verib.
"Amma belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Və təbii ki, mən bu vəziyyəti, onun həlli üçün hansısa variantları müzakirə etmək istərdim", - Ermənistanın baş naziri bildirib.
Paşinyan qəbula görə Rusiya liderinə təşəkkür edib və MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünün yaxşı ənənəyə çevrildiyini qeyd edib.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar