Xəbər lenti
"Hakimiyyətin vəzifəsi Rusiyanı Ermənistan və Qarabağdan çıxarmaqdır" - Camalyan
Manevr.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert David Camalyan “Paşinyanın Rusiyaya səfərindən nə gözləmək olar?” sualını şərh edərkən deyib.
Təəssüf ki, biz elə bir vəziyyətlə üzləşmişik ki, ermənipərəst həll yollarını yalnız dost ölkələrimiz – Rusiya və İranın hərbi-siyasi rəhbərliyindən gözləyə bilərik.
Paşinyan yalnız Laçın dəhlizinin açılması istiqamətində aktiv fəaliyyəti imitasiya edir. Amma reallıqda bu istiqamətdə heç bir təsirli addım atmır. Sankt-Peterburq sammitində İlham Əliyevlə görüşün olmaması bunun parlaq təsdiqidir.
Laçın dəhlizindəki vəziyyət fonunda mübarizəni imitasiya edərək, əslində Moskvanın himayəsi altında aparılan danışıqlar prosesini pozurlar.
Mövcud hakimiyyətin vurğulanan anti-Rusiya mövqeyi o qədər açıqdır ki, onu artıq gizlətmək mümkün deyil.
Bu hakimiyyətin bir vəzifəsi var – nəyin bahasına olursa olsun Rusiyanı Ermənistandan çıxarmaq. Onlar Rusiya sülhməramlılarını Qarabağdan, 102-ci rus hərbi bazasını isə Ermənistandan çıxarmaq niyyətindədirlər. Bundan sonra nə olur, onların vecinə deyil”, – deyə Camalyan bildirib.konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar