Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda Saakaşvilini dəstəkləyən deputatlar aclıq aksiyasını dayandırıblar

Tarix: 27-12-2022 08:07     Baxış: 3274 A- / A+

Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək məqsədilə aclıq aksiyasına başlayan müxalif Vahid Milli Hərəkat Partiyasının (VMM) 4 deputatı aksiyanı dayandırıb.

Məlumata görə, aclıq aksiyasını digərlərindən daha çox davam etdirən deputat Anna Tsitlidze aksiyanın 12-ci günündə vəziyyətinin son dərəcə ağır qiymətləndirildiyi vaxt həkimlərin tövsiyələrinə qulaq asıb. O, əvvəllər həkimlərin və parlament spikeri Şalva Papuaşvilinin çağırışlarına baxmayaraq, Saakaşvili həbsdən çıxana və müalicə üçün xaricə göndərilənə qədər yeməkdən imtina etmişdi.

Digər üç deputat Abdulla İsmayılov, David Kirkitadze və Temur Canaşiya da səhhətinin pisləşməsi səbəbindən bir neçə gün əvvəl aclıq aksiyasını dayandırmağa məcbur olublar.

Aclıq aksiyası zamanı dörd deputatın hamısı parlament binasında olub. Tsitlidze, Kirkitadze və İsmayılov dekabrın 15-də aclıq aksiyasına başlayıb, 16-da isə Canaşiya onlara qoşulub. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar