Türkiyənin İtaliyanı geridə qoyaraq tarixində ilk dəfə dünya üzrə üçüncü pilləyə qalxdığını izah edən turizm üzrə mütəxəssis Recep Yavuz bildirib ki, rəsmi rəqəmlər hələ dəqiqləşdirilməsə də, Dünya Turizm Təşkilatının (UNWTO) təqdim etdiyi 2022-ci ilin doqquz aylıq turist sayını 2019-cu ilin eyni dövrü ilə müqayisə edib.
Fransa 82 milyon, İspaniya 74 milyon, Türkiyə 51 milyon, İtaliya 50 milyon, ABŞ 50 milyon, Meksika 40 milyon, Yunanıstan 29 milyon, Böyük Britaniya 28 milyon, İsrail 27 milyon, Almaniya 25 milyon turist qəbul edib.
Mütəxəssis qeyd edib ki, dünya turizm reytinqində bu il əhəmiyyətli dəyişikliklər baş verib - pandemiyadan əvvəl ilk onluqda yer alan bəzi ölkələr siyahıdan kənarda qalıblar.
Eyni zamanda o bildirib ki, İsrail və Yunanıstan ilk dəfə onluğa daxil olublar.(oxu.az)