Böyük Britaniya və ABŞ-da nəşr olunan “The Week” illustrasiya jurnalı ilin yekununa həsr olunan “2022-ci ilin simaları” adlı iki fərqli üz qabığı ilə nəşr edilib.
Manevr.az xəbər verir ki, Böyük Britaniyada nəşr olunan üz qabığında ənənəvi Yeni il bayramı süfrəsi təsvir olunub.Həmçinin oxuyun: “Я спаслась от большой беды” - Видео
Masanın yuxarı hissəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakın əyləşdiyi görünür. Onun ətrafında isə kədərli təsvir olunan Ukrayna lideri Volodimir Zelenskini, Britaniyanın keçmiş Baş naziri Boris Consonu, Kral III Çarlz və həyat yoldaşı Kamillanı, amerikalı milyarder İlon Maskı da görmək mümkündür. Bununla yanaşı, Çində hazırda koronavirusun sürətlə yayılması fonunda ölkə Prezidenti Si Cinpinin qoruyucu tibbi maskada və xüsusi geyimdə əyləşməsi diqqət çəkib.
Üz qabığında, həmçinin Rusiya Prezidenti Vladimir Putinin bayram axşamına dəvət olunmayaraq çöldə olması da marağa səbəb olub.
Jurnalın ABŞ-da nəşr olunan üz qabığı isə bir qədər fərqlidir. Burada Milad mahnısı təsvir olunsa da, mühit bir qədər başqadır.
Burada 2022-ci ilin yadda qalan şəxsləri də Britaniyada olduğundan fərqlənsə də, Putin, Zelenski, Mask, III Çarlz və Si Cinpini görmək mümkündür. “qafqazinfo”
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar