Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Medvedev yenə nüvə silahı ilə hədələdi: "Bizə təhlükəsizlik zəmanəti lazımdır"

Tarix: 26-12-2022 13:08     Baxış: 3232 A- / A+
Medvedev yenə nüvə silahı ilə hədələdi: "Bizə təhlükəsizlik zəmanəti lazımdır"

“Üçüncü Dünya Müharibəsinə gətirib çıxara biləcək vəziyyəti normallaşdırmaq üçün Rusiya maksimum “təhlükəsizlik zəmanəti” almalıdır”.

Manevr.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, “Rossiyskaya qazeta”-ya açıqlamasında bildirib.
“Hazırda tərksilahla bağlı yeni sazişlər real deyil və lazımsızdır. Ölkəmizə uyğun maksimum təhlükəsizlik təminatları nə qədər tez alınsa, vəziyyət bir o qədər tez normallaşacaq. Onları qəbul etməsək, gərginlik sonsuza qədər davam edəcək. Dünya Üçüncü Dünya Müharibəsi və nüvə fəlakəti astanasında tarazlığı saxlamağa davam edəcək. Onların qarşısını almaq üçün hər şeyi edəcəyik”,- deyə bildirib.
Medvedevin sözlərinə görə, bu gün Rusiya Federasiyasının "düşmənlərinin" qarşısını alan yeganə şey "Rusiyanın nüvə silahından çəkindirmə sahəsində Rusiya Federasiyasının Dövlət Siyasətinin Əsaslarını rəhbər tutacağını anlaması və əgər real təhlükə yaranarsa, onlara qarşı hərəkətə keçəcəyidir”.
“Məsələ ondadır ki, bu halda heç kim bunun cavab zərbəsi, yoxsa qabaqlayıcı zərbə olduğunu sonradan anlaya bilməyəcək. Bu, təbii ki, uzun müddət Ukraynanın siyasi təbəqəsini toxunulmazlıq illüziyası ilə ruhlandıran Qərb xeyriyyəçilərini qorxudur. Buna görə də, Qərb dünyası bir tərəfdən Rusiyanı maksimum dərəcədə alçaltmaq, təhqir etmək, parçalamaq və məhv etmək istəyi ilə digər tərəfdən nüvə apokalipsisindən qaçmaq istəyi arasında tarazlıq saxlayır”,- deyə o, əlavə edib.
Medvedev həmçinin etiraf edib ki, Rusiya Ukrayna hökumətinin mövcudluğunu dayandırmağa çalışır: "Biz bütün səyləri göstərəcəyik ki, xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunsun”.
Xatırladaq ki, Medvedev dəfələrlə Ukraynanı nüvə silahından istifadə ilə hədələyib və digər aqressiv bəyanatlar verib.
Adətən, Vladimir Putinin vəziyyəti ağır olanda Medvedevi qabağa verir ki, nüvə silahı barədə hədələri səsləndirsin. Hərbi gücü əvvəldən zəif olan Rusiyanın döyüş potensialı demək olar ki, tükənib. Yalnız İrandan aldığı ucuz dronlarla mülki obyektlərdə yanğınlar törətməklə müharibəni davam etdirir.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar