Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan Azərbaycan və Türkiyənin ardınca Rusiya ilə QARŞIDURMAYA GİRİR" - Ovannisyan

Tarix: 24-12-2022 15:03     Baxış: 3229 A- / A+


“Hökumətin son bəyanatından belə məlum oldu ki, biz Azərbaycan və Türkiyənin ardınca Rusiya ilə qarşıdurmaya giririk”.
Manevr.az xəbər verir ki, bu barədə Alternativ Layihələr qrupunun eksperti Vahe Ovannisyan öz məqaləsində yazıb.
Məqalədən bir hissəni təqdim edirik:
Dünən gecə Ermənistan futbol topu idi, kim hara istəyirdi, qovurdu. Dünən gecə bizə Moskvadan, Bakıdan, Parisdən dedilər ki, belə davam etsəniz, pis olar. Dünən gecə bizi alçaltdılar, hədələdilər.
Ötən gecə Lavrov bizi danışıqlardan yayınmaqda və sülh şəraitində yaşamağa davam etməkdə ittiham etdi. Dünən gecə Lavrov açıq şəkildə bildirdi ki, Rusiya sülhməramlılarını geri çəkə bilər, biz də sülh şəraitində yaşamağa davam edərik.
Əliyev dünən axşam Makrona bildirib ki, Ermənistan 8 Azərbaycan kəndini işğal altında saxlamaqda davam edir. Güman ki, söhbət Tavuş və Ararat rayonlarının (Qazaxın 7 kəndi və Kərki – red.) kəndlərindən gedir. Yenə də heç nə eşitmirik və heç bir nəticə çıxarmırıq.
Bu inkişafın səbəbi bəllidir: Ermənistanın gücü birtərəfli qərarlar qəbul edən və heç kimə cavabdeh olmayan bir şəxsdən (Paşinyan nəzərdə tutulur – red.) ibarətdir. O, xalqa, cəmiyyətə, dövlət institutlarına və digər məfhumlara önəm vermir.
Bu, başqa bir fəlakətə səbəb olacaq. Birtərəfli qərarlar yüksək kobud səhv riskini ehtiva edir.
Bir şəxs bütün dövlətin, Vətənimizin, gələcəyimizin, ailələrimizin taleyini həll edir. Bu, son dərəcə kəskin problemdir. Biz bomba üzərində oturmuş bir ölkəyik.
Hökumətin son iclasında verilən bəyanatdan belə məlum oldu ki, biz Azərbaycan və Türkiyənin ardınca Rusiya ilə qarşıdurmaya giririk.
Aydındır ki, diplomatik cəhətdən yanlış seçilmiş məqamda Rusiyaya qarşı qeyri-diplomatik dildə, kanallara səslənən ittihamlar cavabsız qalmayacaq.
Təbii ki, cəmiyyətin müxtəlif təbəqələri ruhlanacaq. Onlar nəhayət, “hər şeydə rusların günahkar olduğunu anlayacaqlar” və beləliklə, populizmin dövlətçiliyə qarşı yürüşü əl-ələ verərək davam edəcək.
Gözlənildiyi kimi, müxalifətdən hökumət başçısına institusional reaksiya yoxdur və ictimaiyyətə alternativ mövqe verilmir”, – deyə erməni siyasətçi yazıb.konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar