Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Baş naziri başqa ölkənin bayrağı ilə qarşıladılar – Görən hər kəs güldü

Tarix: 24-12-2022 12:25     Baxış: 3294 A- / A+
İtaliya Baş naziri Corciya Meloni İraqa səfər edib.
Manevr.az xəbər verir ki, İtaliya hökumətinin başçısı səfəri çərçivəsində paytaxt Bağdadda iraqlı həmkarı Məhəmməd Sudani ilə görüşüb.
İkitərəfli münasibətlərin və regional məsələlərin müzakirə edildiyi görüşdən sonra iki lider birgə mətbuat konfransı keçirib.
İraq baş naziri İtaliyanın İŞİD terror təşkilatı ilə mübarizədə mühüm rol oynadığını vurğulayaraq, iki ölkə arasında güclü əlaqələrin olduğunu bildirib.
İtaliya Baş naziri Meloni ölkəsinin İŞİD-lə mübarizədə İraqa dəstəkdə ön sıralarda olduğunu deyib: “Güclü İraq olmadan Yaxın Şərq regionunda sabitlik və firavanlıq ola bilməz”.


İraqda fəaliyyət göstərən İtalyan şirkətləri vasitəsilə bu ölkənin yanında olduqlarını söyləyən Meloni İŞİD-lə mübarizədə əldə edilən uğurlardan qürur duyduqlarını qeyd edib.
Birgə mətbuat konfransında İtaliya bayrağının əvəzinə İrlandiya bayrağının istifadəsi diqqətdən yayınmayıb. Görüntü sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar