“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin Donetskdə ad gününü qeyd etməsi həqiqətən də qayna və unudulmaz olub. Şənlyin keçirildiyi restorana mərmilər düşüb.
Xarici medianın xəbərinə görə, nəticədə iki nəfər ölüb, ad günü keçirilən Roqozin də daxil olmaqla daha beş nəfər yaralanıb. Roqozinin başında, sol budunda və omba nahiyəsində qəlpə yaraları var. Rusiya mətbuatının məlumatına görə, “Roskosmos”un keçmiş rəhbərinin vəziyyəti ağırdır, indi o, təcili olaraq Moskvaya aparılıb.
Keçmiş məmur doğum gününü dekabrın 21-də Donetskin kənarındakı “Şeş-Beş” restoranında qeyd etməyə gəlib. Amma VİP qonaqların gəlişindən 10 dəqiqə sonra onu bayram “gəlişi” ilə təbrik ediblər.
Roqozinlə birlikdə “Roskosmos”un digər keçmiş yüksək vəzifəli əməkdaşı Artyom Melnikov da yaralanıb. Bu yaxınlara qədər o, dövlət korporasiyasında daxili audit xidmətinə rəhbərlik edib, lakin yeni rəhbər gələndən az sonra işdən çıxarılıb.
Bundan əlavə, qondarma “DXR”in “hökumət sədri” Vitali Xotsenkonun da restoranda yaralandığı barədə məlumatlar var. Onun cangüdəni ölüb. Sonradan məlum olub ki, atəş zamanı Qorlovkanın “meri” İqor Prixodko da ciddi yaralanıb, Roqozinin həyat yoldaşının isə guya ağır beyin silkələnməsi var.
Dekabrın 22-də Roqozin və daha iki yaralı Donetskdən Rostovdakı Hərbi Klinik Hospitalına aparılıb. Amma oradakı həkimlər də əməliyyatı mürəkkəb olduğuna görə ondan imtina ediblər. Dekabrın 23-də “Roskosmos”un keçmiş rəhbəri Moskvaya köçürülüb və onun vəziyyətinin ağır olması barədə məlumatlar yayılıb.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar