Xəbər lenti
Peru prezidenti istefa verməkdən imtina edib

Dövlət başçısı istefasının problemləri həll etməyəcəyini deyib.
Bildirib ki, əlindən gələni edib, xüsusən də seçkilərin keçirilməsi üçün Konqresə qanun layihəsi göndərib. “Mən onlardan seçkilərdə səsvermə imkanlarına yenidən baxmalarını tələb edirəm”, - deyə prezident sözlərinə əlavə edib.
Qeyd edək ki, dekabrın 16-da Konqres seçkilərin 2023-cü ilə təxirə salınması üçün təklif edilən konstitusiya islahatını təsdiq etməyib.
Xatırladaq ki, dekabrın 7-də Xose Pedro Kastilyo Terrones parlament tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb. Prezident isə öz növbəsində Konqresin (parlamentin) buraxıldığını və ölkədə komendant saatının tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər prezidenti deyil, Konqresi dəstəkləyib. Nəticədə dövlət başçısının istefası təsdiqlənib. Kastilyo saxlanılıb və ona qarşı qiyam təşkil etmək ittihamı irəli sürülüb.azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar