Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa yeni müharibə ilə üz-üzə: xüsusi təyinatlılar hərəkətə keçdi

Tarix: 12-12-2022 10:01     Baxış: 3289 A- / A+

Balkan bölgəsində yeni müharibə təhlükəsi hər keçən gün daha da artır.

Manevr.az
xəbər verir ki, Kosovanın, serblərin yaşadığı bölgələrdə təhlükəsizlik qüvvələrinin sayını artırmaq qərarından sonra qarşıdurma başlayıb.

Kosova hökuməti Serbiya ilə sərhəddəki Ujman gölü yaxınlığında polislərə atəş açıldığını bildirib. Üç istiqamətdən açılan silahlı hücuma polislər atəşlə cavab verib.

Serbiya prezidenti Aleksandr Vuçiç dünən axşam saatlarında Təhlükəsizlik Şurasının iclasını keçirib. Vuçiç iclasdan sonra bildirib ki, müharibə əmrini verməmişdən öncə sülhü qorumağa çalışacaqlar.

“Kosovadakı serblər üçün çətin günlərdir, onlarla birlikdəyik. Vətənimizi qorumaq üçün lazım olan tədbirləri gördük. Ən vacib əmirləri verdim və Milli Təhlükəsizlik Şurasında qəbul olundu. Polis və hərbçilərimizlə qürur duyuruq. Lakin müharibə əmrini verməmişdən öncə sülhü qorumaq üçün əlimizdən gələni edəcəyik”, - Vuçiç qeyd edib.

Kosovanın baş naziri Albin Kurti isə Serbiyanın bir neçə gündür onları hücumla təhdid etdiyini açıqlayıb.

“Serbiya yenidən müharibə vaxtına qayıtmaq istəyir”, - baş nazir bildirib.

Qeyd edək ki, qarşıdurmaya səbəb Kosovada serblərin kompakt yaşadığı ərazilərdə 18 dekabrda keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinə görə təhlükəsizlik qüvvələrinin sayını artırmasıdır. Hazırda Kosova-Serbiya sərhədində barrikadalar qurulub. Serbiya xüsusi təyinatlı qüvvələrinin Kosova sərhədinə toplandığı haqda məlumatlar var.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar