Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Separatçılar Putindən üz döndərirlər - Sərt ittihamlar

Tarix: 11-12-2022 20:01     Baxış: 3305 A- / A+

Rusiya lideri Vladimir Putin ordusunun Donbası müdafiə etmək iqtidarında olmaması səbəbindən Donetsk və Luqansk separatçılarının dəstəyini tamamilə itirmək riski ilə üzləşib.
Manevr.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.
Məlumatda qeyd edilir ki, Putin artıq separatçıların liderləri, xüsusən də qondarma Donetsk Xalq Respublikasının (DXR) keçmiş müdafiə naziri İqor Strelkov-Girkin tərəfindən açıq şəkildə tənqid olunub. Terrorçu Donetsk yaxınlığındakı Ukrayna qüvvələrini çıxara bilmədiyi üçün birbaşa Rusiya liderini tənqid edib. Girkin Putinin dekabrın 9-da “xüsusi əməliyyat”ın gedişatını “stabil” adlandıran açıqlaması ilə razılaşmadığını bildirib.
Bundan başqa, qondarma DXR-in keçmiş təhlükəsizlik naziri Aleksandr Xodakovski də Putini tənqid edib. O, Putinin uzunmüddətli hakimiyyətinin uğursuz olduğunu deyib.
Terrorçu Putini “Rusiyanın hərbi sistemindəki korrupsiyanın banisi” adlandırıb. Onun sözlərinə görə, bir-iki generalı vəzifəsindən kənarlaşdırmaqla bu sistemi düzəldə bilməz
Amerikalı analitiklər hesab edirlər ki, Girkin və Xodakovskinin tənqidi rus ordusunun Donbasdakı son uğursuz hücumları ilə bağlıdır. Putinə qarşı bu açıq hücumlar Donetsk separatçıları ilə Rusiya lideri arasındakı fikir-ayrılığını əks etdirə bilər.
ISW qeyd edir ki, ruslar və separatçılar ən azı Rusiyanın Donbası tam işğal edə biləcəyinə inanaraq, Putinin arxasında toplaşıblar. Separatçılarla Kreml arasında gərginliyin artdığı vaxtda Luqansk yaraqlılarının Donetsk uğrunda döyüşməkdən imtina etmələri də diqqət çəkir.
Amerikalı analitiklər deyirlər ki, Kremlin ideoloqları müharibədən əvvəl Putinin maksimalist – bütün Ukraynanı ələ keçirmək əvəzinə Donetskin tam işğalına üstünlük veriblər. Bununla belə, Putinin planı iflasa uğrayır və onun müharibəsi ilə bağlı tənqidlər hər gün güclənir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar