Xəbər lenti
TƏCİLİ! Gərginlik artır - Daha 2 ölkə müharibə astanasında
Serbiya ilə Kosovo arasında 25 ildir yekun həllini tapmayan münaqişə hər an yeni və qaynar müharibəyə çevrilə bilər
Qərb dövlətlərinin dəstəyi ilə 2008-ci ildə Serbiyadan ayrılan Kosovo ilə Rusiyanın dəstəklədiyi Serbiya arasında sonuncu gərginlik oktyabr ayında başlayıb.Manevr.az xəbər verir ki, müstəqilliyi bir çox ölkə tərəfindən tanınan Kosovo 3 ay əvvəl serblərin sıx məskunlaşdığı Mitrovitsa bölgəsində Serbiya dövlətinə məxsus avtomobil nömrələrindən istifadə olunmayacağına qərar verib. Tətbiqi pozanların 21 aprel 2023-cü il tarixindən etibarən 150 avro məbləğində cərimə ediləcəyi və nəqliyyat vasitələrinin müsadirə ediləcəyi açıqlanıb.
Buna cavab olaraq yerli serblər Kosovo assambleyasını tərk etmək qərarına gəliblər. Serblərin yaşadığı 4 şəhər və qəsəbənin merləri də istefa verib.
Serblərin yerli hökumətləri əngəlləyən hərəkətinə cavab olaraq Priştina yeni yerli seçkilərə qərar verib. Kosovo prezidenti Vjosa Osmani Mitrovitsa bölgəsinə 300-ə qədər çevik qüvvət polisinin göndərilməsini təsdiqləyib.
Bu qərar Serbiyanı daha da qəzəbləndirib.
İki illik müharibədən sonra 1999-cu ildə bağlanmış sülh sazişinə toxunan Belqrad Kosovoya qoşun yeritmək hüququna malik olduğunu iddia edib. Serbiyanın baş naziri Ana Brnabiç asayişi bərpa etmək üçün Kosovoya 1000-ə qədər hərbçi göndərməyə hazırlaşdıqlarını açıqlayıb.
Dünən Kosovonun şimalında yüzlərlə yerli serb yük maşınları ilə Serbiya sərhədinə gedən iki əsas yolu bağlayıb. Məlumata görə, izdihamçılar serb polisinin Kosovo polisinə hücum iddiası ilə həbs olunmasına etiraz ediblər. Etirazlar başlayandan sonra Osmani yerli seçkilərin aprelin 23-nə qədər təxirə salındığını açıqlayıb.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar