Norveçin paytaxtı Osloda keçirilən mərasimdə 2022-ci il üçün Nobel Sülh Mükafatı Belarusda qeydiyyatdan keçməmiş “Vesna” Mərkəzinin sədri Alesya Belyatskiyə, Rusiyanın “Memorial” təşkilatına və Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinə təqdim olubu.
Qeyd edilir ki, fransız yazıçısı Anni Erno ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Bundan əlavə, fizika üzrə mükafat fransız Alen Aspe, amerikalı Con Klauzer və avstriyalı Anton Saylingerə verilib.
Laureatlar ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə mükafatlandırılıblar.
Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen deyib ki, çoxsaylı böhran və çağırışlar qarşısında dünyanın fədakar elm adamlarına və insanlara ehtiyacı var.