Xəbər lenti
İranda etirazlar: 23 yaşlı gəncin edamı əks effekt verdi, Fərəh Pəhləvi rejimi “qaniçən” adlandırdı
İranda etirazların ikinci dalğası başlanıb.
Sentyabrın 16-dan 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümü ilə küçələrə çıxan xalq indi 23 yaşlı Mohsen Şekarinin edam olunmasına sərt təpki göstərir.
İranın böyük şəhərlərində insanlar küçələrə çıxaraq, ən müxtəlif formalarda Mohsen Şekarinin edam olunmasına etirazlarını bildirirlər.
İranın tanınmış incəsənət və mədəniyyət xadimləri, idmançılar da Mohsen Şekarinin edam olunmasını pisləyiblər.
Müşahidələr göstərir ki, Mohsen Şekarini edam etməklə ölkədə qorxu mühiti yaratmağa çalışan teokratik rejim əks effektlə üzləşib. İnsanlar qorxmadan hətta Şekarinin saxlanıldığı küçədə aksiyalar keçirir.
Bu arada İslam inqilabı nəticəsində devrilən İran şahı Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi Mohsen Şekarinin edamına münasibət bildirib. Onun olaya reaksiyası kifayət qədər sərt olub. O, İran hakimiyyətini "qaniçən” və "gənclərin qatili” adlandırıb.
Fərəh Pəhləvi həmçinin bildirib ki, İran hakimiyyəti aksiyalarda təhülkəsizlik qüvvələri tərəfindən törədilən qətlləri ört-basdır etmək üçün ölənlərin yaxınlarını saxta etiraflara məcbur edir.
Analitiklərin fikrincə, İran hakimiyyəti 23 yaşlı gənci edam etməklə xalqın qəzəbini daha da coşdurub. Onlar hesab edir ki, bəlkə də Məhsa Əminin ölümü ilə bağlı etirazlar tədricən səngiyə bilərdi. Amma artıq xalqı dayandırmaq olmayacaq.
Analitiklər deyir ki, İran hakimiyyətinin edamlara, aksiyalarda törədilən qətllərə bəraət qazandırmaq üçün atdığı addımları birmənalı şəkildə əks-effekt verir.
Almaniyada mühacir həyatı yaşayan iranlı hüquqşünas Nağı Mahmudinin fikrincə, İran hakimiyyəti artıq istefa barədə düşünməlidir.
"Artıq xalqın etimadını tamamilə itiriblər. Heç bir təhdid, təzyiq, yaxud islahat xarakterli addımlar prosesin qarşısını ala bilməyəcək. İran xalqına tam aydındır ki, din pərdəsi altında zülmkar bir hakimiyyətin girovuna çevriliblər. Onlar girovluqdan azad olmaq istəyirlər, bunda israrlıdırlar və mən inanıram ki, bu azadlığa qovuşacaqlar”, - Nağı Mahmudi bildirib. (qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar