Xəbər lenti
Şok olay: Ata 6 yaşlı qızını ərə verdi
Türkiyədə bir qadının 6 yaşında ikən 29 yaşlı Kadir İstəkli ilə evləndirildiyi iddiası ilə başladılan istintaqda hazırlanmış ittihamnamə məhkəmə tərəfindən qəbul edilib.Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Kadir İstəklinin 67 il, ata Yusuf Ziya Gümüşəl və anası Fatimə Gümüşəlin hər birinin 22 il həbsi tələb olunub.
İlk məhkəmə iclası mayın 22-də keçiriləcək.
“Hiranur” adlı vəqfin qurucusu Yusuf Ziya Gümüşəlin qızı 6 yaşında ikən köməkçisi 29 yaşlı Kadir İstəkli ilə evləndirdiyi məlumatı yayılıb. Bundan sonra Anadolu Baş Prokurorluğu hazırda 22 yaşında olan qadının 6 yaşından Kadir İstəkli tərəfindən cinsi istismara məruz qaldığı iddiası ilə bağlı araşdırmalara başlayıb. Qadın prokurorluğa ünvanladığı ərizəsində Kadir İstəkli ilə atasının bağladığı dini nikahda olduğunu bildirib.
22 yaşlı qadın prokurorluğa sübut kimi toy mərasimində çəkilmiş fotolarını və səzyazılarını göndərib.
Olay Türkiyədə kəskin etirazlara səbəb olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























