Xəbər lenti
Dünyanın ən güclü pasportları açıqlandı
Manevr.az-ın məlumatına görə, siyahıda 1 nömrəli ölkə diqqət çəkib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniya, İsveç, Finlandiya və Lüksemburq kimi Avropa ölkələrini keçərək 2022-ci ildə Pasport İndeksində 1-ci yerdə qərarlaşıb. Başqa sözlə, BƏƏ pasportunuz varsa, hava limanında tez bir zamanda qapıda viza alaraq bir çox ölkəyə daxil ola bilərsiniz, həmçinin bir çox ölkələrə vizasız girə bilərsiniz.
BƏƏ pasportu sahibləri 121 ölkəyə vizasız, 59 ölkəyə isə qapıda viza alaraq asanlıqla daxil ola bilirlər. Yalnız 18 ölkə BƏƏ pasportu üçün viza tələb edir.
2-ci yeri Avropa ölkələri və Cənubi Koreya bölüşüb. Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Hollanda, Avstriya, İsveçrə və Cənubi Koreyanın pasportuna sahib olanlar 173 ölkəyə problemsiz gedə bilirlər. Bu ölkələr 120-127 ölkəyə vizasız getdiyi halda, qapıda viza ilə 46-50 ölkəyə çata bilir. Yalnız 25 ölkə bu pasporta sahib olanlardan viza tələb edir.
3-cü yeri ABŞ, Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya və Yeni Zellandiya tutub. Bu ölkələrin hamısı 172 ölkəyə problemsiz daxil ola bilir.
Danimarka 125 ölkəyə vizasız, 47 ölkəyə isə qapıdan viza ilə daxil olur. Belçika və Portuqaliyada bu rəqəm 124 ölkəyə vizasız, 48 ölkəyə isə qapıda viza kimi dəyişir.
İndeksə görə, Böyük Britaniya 2022-ci ilin “uduzanları” sırasındadır. Böyük Britaniyanın "qlobal mobillik" balı yüksəlsə də, ölkənin Brexit-dən sonrakı Avropa İttifaqına üzv dövlətlərlə viza müqavilələri bağlamaq səyləri bu artımı yavaşladıb.
4-cü yerə Çexiya, Yunanıstan, Macarıstan, Yaponiya, Birləşmiş Krallıq və Avstraliya çıxıb. 5-ci yerdə Sinqapur, Malta, Litva, Slovakiya, Kanada, 6-cı yerdə Estoniya, Latviya, Sloveniya, 7-ci yerdə İslandiya, Lixtensşteyn, 8-ci yerdə Kipr, Xorvatiya, Ruminiya, Bolqarıstan, 9-cu yerdə Malayziya, 10-cu yerdə Monako qərarlaşıb.
Baham adaları və Ukrayna siyahıda 20-ci yerdə olub.
Türkiyə və Rusiya siyahının 38-ci pilləsində qərarlaşıb. Rusiya 78 ölkəyə vizasız girə bildiyi halda, onlardan 45-i qapıda viza tələb edir. Xüsusən də müharibədən sonrakı sanksiyalara görə 75 ölkə rusları vizasız qəbul etmir.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar